Denis MASSEQLİA: “Azərbaycandakı idman infrastrukturu daha böyük miqyaslı tədbirlər keçirməyə imkan verir

 

“Azərbaycandakı mövcud idman infrastrukturu bu ölkədə daha böyük miqyaslı idman tədbirləri keçirməyə imkan verir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “francetvsport.fr” portalına müsahibəsində Fransanın İdmanOlimpiya Komitəsinin prezidenti Denis Masseqlia deyib. O bildirib ki, 2016-cı və 2020-ci illər Olimpiya Oyunlarına evsahibliyi etmək üçün namizədliyini irəli sürmüş Azərbaycan Avropa Oyunlarında əldə etdiyi uğurlara əsaslanaraq yenidən bunun üçün şansını sınaya bilər. Azərbaycan 2024-cü il Olimpiya Oyunları üçün iddiaçılardan ola bilər.

Müsahibədə Avropa Oyunları ilə bağlı geniş məlumat verilibbu Oyunların yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanda lazımi işlərin görüldüyü bildirilib.

 

Azərbaycan.- 2015.- 23 iyun.- S. 8.