Fransanın
“L'Equipe21” televiziyası I Avropa Oyunları
ilə bağlı yayımlarını davam
etdirir
Fransanın “L'Equipe21” idman televiziyası I Avropa Oyunları ilə bağlı yayımlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, televiziya rəsmiləri Avropa Oyunları müddətində Bakıdan 150 saat canlı yayım həyata keçirəcəyini bildiriblər. Fransa ilə vaxt fərqi nəzərə alınaraq yarışların bir çoxu mübarizə başa çatdıqdan sonra yayımlanır. Bununla da idman oyunlarının daha böyük auditoriya üçün əlçatan olması təmin edilir.
Telekanal, həmçinin, Parisin metro stansiyalarında Oyunlarla bağlı reklam lövhələri də yerləşdirib. Reklam lövhələrində “Equipe21”in I Avropa Oyunlarının rəsmi yayımçısı olduğu diqqətə çatdırılır.
Qeyd edək ki,
Fransanın BFM televiziyası da gün ərzində Bakıda keçirilən
idman yarışlarına geniş
yer ayırır.
Azərbaycan.- 2015.- 21 iyun.- S. 7.