Almaniya portalı Tofiq Bəhramov adına
Respublika Stadionundan reportaj hazırlayıb
Almaniyanın www.abendblatt.de saytı I Avropa Oyunları çərçivəsində kamandan oxatma yarışlarının keçirildiyi
Tofiq Bəhramov adına Respublika
Stadionundan reportaj hazırlayıb.
Reportajda
deyilir: “İndi bu stadion ilk Avropa Oyunlarının müəyyən idman növlərinə evsahibliyi
edir. Stadionun ətrafında mavi
geyimli beynəlxalq
media nümayəndələrini görmək mümkündür.
Onları Bakının bir
çox yerlərində
görmək olar.
Azərbaycanın paytaxtı Avropa
Oyunları günlərində
çox hərəkətlidir.
Hər kəs bu idman
oyunlarının yaratdığı
gözəl ab-hava ilə yaşayır”.
Məqalədə Tofiq Bəhramovun
1966-cı ildə idarə
etdiyi məşhur matç xatırlanır:
“1966-cı ildə Uembley stadionunda
onun 98 min azarkeş qarşısında verdiyi
qərar futbol tarixinin ən mühüm məqamlarından
biridir. İngiltərə Tofiq Bəhramovu
hələ də unutmayıb. Çünki həmin oyunda məhz onun verdiyi obyektiv qərarla ingilislər qalib gəldi. Almanlar da onu unutmayıblar.
Lakin bu insanın doğru qərar verdiyini tarix də sübut etdi. T.Bəhramov SSRİ dövrünün yeganə hakimlərindən
idi ki, beynəlxalq
oyunları idarə edirdi”.
Məqalədə stadion barədə
məlumat verilərək
bildirilir: “Bura Bakının ən gözəl yerlərindən
biridir və həmişə turistlərin
marağına səbəb
olur. İlk Avropa Oyunlarının
bəzi yarışlarının
burada keçirilməsi
də təsadüfi deyil”.
Məqalənin tam mətnini aşağıdakı
linkdən oxumaq olar.
AZƏRTAC
Azərbaycan.- 2015.- 21 iyun.- S. 7.