Fransanın məşhur idman saytında I Avropa Oyunlarına həsr olunan fotosərgi haqqında məlumat yerləşdirilib

 

Fransanın məşhur idman saytında (http://www.francsjeux.com/2015//06//08//lazerbaidjan-sexpose-a-paris//20175) Parisdə keçirilən, “Bakı-2015” I Avropa Oyunlarına həsr olunan fotosərgi haqqında məlumat yerləşdirilib. Məlumatda deyilir: “Azərbaycanı tanımaq, onun idman mədəniyyətinə və buradakı insanların fiziki aktivlik sevgisinə yaxından bələd olmaq imkanı yalnız Bakıya Avropa Oyunları üçün gələn qonaqlara verilməyəcək.

Bu ölkə ilə yaxından tanış olmaq üçün heçuzaq məsafə qət etmək lazım deyil. Belə ki, “Azərbaycan: idman diqqət mərkəzindədir” adlı fotosərgi artıq bir neçə aydır ki, Avropanı gəzib-dolaşmaqdadır. O, hazırda Parisdəki “Charletystadionunun yaxınlığında, CNOF qərargahının geniş dəhlizində sərgilənir.

Sərgiyə çıxarılan 65 fotoşəkil Azərbaycanda idmanın nə dərəcədə geniş əhatəli və çoxşaxəli olduğunu nümayiş etdirir. Bu fotoşəkillər Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkil etdiyi beynəlxalq müsabiqədən sonra seçilib.

Müsabiqədə peşəkar və həvəskar fotoqrafların iştirakı nəzərdə tutulmuşdu. Ümumilikdə 50 fotoqrafın çəkdiyi 300-dən artıq fotoşəkil daxil olmuşdu. Münsiflər heyəti fotoqrafiyanın məşhur simalarından ibarət idi: VII Fotoqrafiya Agentliyinin həmtəsisçisi, amerikalı Ed Kaşi, portret mütəxəssisi, almaniyalı Filip Ratmer və təbiət və portret fotoşəkilləri ilə bir çox mükafatlara layiq bilinmiş azərbaycanlı Ağdəs Bağırzadə.

Seçim geniş çətin idi. Münsiflər heyəti qızğın müzakirələrdən sonra üç qalibi müəyyən etdi. Onların adları fevralın 27-də Londondakı OXO qalereyasında keçirilən sərginin açılışında elan edilib. Azərbaycanlı peşəkar fotoqraf Dilavər Nəcəfovun çəkdiyiZirvəyə doğrufotoşəkli müsabiqənin qalibi seçilib. Bu fotoşəkildə 2008-ci il Pekin Olimpiadasında bədii gimnastika üzrə mütəxəssis əks olunur.

İkinci yerə fransız fotoqrafı Pol Robion layiq görülüb. O, Rio-de-JaneyronunInapema Beach” çimərliyində çəkdiyi futbolçuların fotoşəklini təqdim etmişdi.

Üçüncü mükafat isə azərbaycanlı Rüfət Abbasa verilmişdi. Onun təqdim etdiyi işdə yürüşdən bir neçə dəqiqə qabaq çəkilmiş avtomobil sürücüsü əks olunub. FotoşəkilYekun təlimatlaradlanır”.

Fotomüsabiqənin, onun qaliblərinin sərginin videotəqdimatlarına Avropa Azərbaycan Cəmiyyətinin saytında (www.teas.eu) “Bakı-2015” I Avropa Oyunlarına həsr edilən bölmədə baxmaq olar.

 

Azərbaycan.- 2015.- 21 iyun.- S. 7.