BBC Böyük Britaniya
komandasının qazandığı qələbələri
işıqlandırır
Böyük Britaniyanın BBC telekanalı bu ölkənin komandasının “Bakı-2015” I Avropa Oyunlarında qazandığı uğurları geniş işıqlandırır.
AZƏRTAC xəbər verir ki, taekvondo üzrə yarışlarda britaniyalı Çarli Meddokdan sonra Ceyd Cons da I Avropa Oyunlarının çempionu tituluna sahib çıxıb. C.Consun uğuru BBC kanalının rəsmi portalında geniş işıqlandırılıb. Portalda yerləşdirilən məqalədə bildirilir ki, 57 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edən 22 yaşlı C.Cons ilk dəfə keçirilən Oyunlarda qalibiyyət sevincini “BBC Sport”-un müxbiri ilə bölüşərək deyib: “Qızıl medal qazanmaq özümə olan inamımı daha da artırır. Yenidən fəxri kürsünün birinci pilləsində olmağıma görə çox xoşbəxtəm. Yeniyetmələrin Olimpiya Oyunları, olimpiada və Avropa Oyunlarının qalibiyəm. Bu, yuxu kimidir”.
Qeyd edək ki,
titullu taekvondoçu
həm də “Bakı-2015” I Avropa
Oyunlarının beynəlxalq atlet
elçilərindən biridir. O, müsahibəsində
I Avropa Oyunlarının yüksək səviyyədə
təşkil olunduğunu qeyd
edir.
Azərbaycan.- 2015.- 21 iyun.- S. 7.