Paytaxtın libasını dəyişən göl

 

Paytaxtda ətraf mühitin qorunması, insanların sağlamrahat yaşaması, onların zövqlü istirahəti həyat üçün vacib məsələlərdəndir. Xüsusilə, paytaxt Bakını ona görə vurğuladıq ki, bunlar adətən böyük şəhərlərə, meqapolislərə xas olan məsələlərdir və onların həlli, normada saxlanması ciddi nəzarət tələb edir. Bu baxımdan Bakını bəxtigətirən şəhər də adlandırmaq olar. Çünki, şəhərin coğrafi mövqeyinin əlverişli olması ilə bərabər, onun abadlaşması, gündən-günə gözəlləşməsi və nümunəvi məkana çevrilməsi hər an diqqətdə saxlanılır. Təkcə son 10 il ərzində bu istiqamətdə yüzlərlə layihə uğurla icra olunub. Bu ənənə indidavam etdirilir.

Ən sanballı layihələrdən biriuzun illər çirkab mənbəyi olan Böyükşor gölünün bir il ərzində təmizlənməsi və nümunəvi istirahət mərkəzinə çevrilməsi oldu.

 

Böyük bir çirkab mənbəyini xatırladan göl bu gün əsrarəngiz təbiət incisinə çevrilib

 

Burada görülən işləri sadalamazdan öncə qeyd edək ki, bu nəhəng infrastruktur layihəsi Prezident İlham Əliyevin 2014-cü il 17 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 26 dekabr tarixli fərmanına uyğun olaraq reallaşıb. Böyükşor gölünün bərpasını və saflaşdırılmasını İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir.

Ümumi sahəsi təxminən 11 kvadratkilometr ərazini əhatə edən Böyükşor gölü ekspertlərin qiymətləndirməsinə görə, vaxtilə dünyada ən çox çirklənmiş göllər sırasına daxil edilmişdi. Bu da təbii ki, paytaxtın ekologiyasını zəhərləməklə yanaşı, həm də ciddi xəstəlik mənbəyi hesab olunurdu. Hələ sovet dövründə Böyükşora sənaye, məişət tullantıları və çirkli lay suları, neft qalıqları axıdılıb. Gölün neftlə çirklənmiş əsas hissəsi Balaxanı qəsəbəsi ərazisindədir. Gölün şimal hissəsi isə İkinci Dünya müharibəsi zamanı xam neft üçün açıq anbar ərazisi kimi istifadə edildiyindən son dərəcə acınacaqlı vəziyyətdə idi. Bu faktlar bir daha sübut edir ki, neftlə çirklənmiş və deqredasiyaya uğramış bu ərazilərin böyük qismi paytaxta keçmişdən “miras” qalmışdır. Son bir ilə qədər, yəni layihənin icrasına başlamazdan əvvəl gölə 76 kanalizasiya mənbəyindən çirkab tökülürdü. Haqqında danışdığımız Böyükşor gölündə illərdir yığılan tullantılar və bundan dolayı ətrafa yayılan zəhərli hava insanları narahat edirdi. Onlar heç vaxt inanmazdılar ki, illərlə qalaqlanan müxtəlif qarışıqlardan ibarət ucsuz-bucaqsız tullantı yığını bugünkü kimi şəffaf su hövzəsi ilə əvəz olunacaqbu su hövzəsinin sahili boyunca gözəl bulvar salınacaq.

Ancaq reallıq budur ki, uzun müddət xəyal kimi görünənlər gerçəkliyə çevrilib. Gölün suyu saflaşdırılıb və sahilyanı ərazidə gözəl park salınıb, insanların asudə vaxtlarını keçirmələri üçün hər bir şərait yaradılıb. Elə bizbu yenilik haqqında eşidib gölün yerləşdiyi əraziyə yollandıq. Mənzil başına çatanda ilk gördüyümüz mənzərə - bir tərəfdən gölün ləpələnən dalğaları, digər tərəfdən sahildə inşa edilmiş bulvar bizi valeh etdi. Bir vaxtlar böyük bir zibilliyiya tullantı anbarını xatırladan göl bu gün əsrarəngiz təbiət incisi kimi gəl-gəl deyir...

Ərazidə olduğumuz müddətdə “Təmiz Şəhər” ASC-nin nümayəndəsi Vüqar Baba bizə həm bələdçilik etdi, həm də görülən işlər haqqında ətraflı məlumat verdi. O bildirdi ki, gölün bərpası layihəsi əsasən iki mərhələdən ibarət olub və artıq birinci mərhələ çərçivəsində həyata keçirilən tikinti işləri başa çatdırılıb. Təxminən bir illik dövrü əhatə edən birinci mərhələ çərçivəsində Böyükşor gölünün 300 hektara yaxın hissəsində icra olunan işlər uğurla yekunlaşıb. Gölün şərq və cənub sahilində ümumi ərazisi 15,5 hektar olan bulvarpark salınıb. Yeni salınmış bulvarın sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada sakinlərin və şəhərimizə gələn qonaqların zövqlü istirahəti üçün hər bir şərait yaradılıb. Fəvvarələr kompleksi qurulub, parkda 80 mindən artıq ağackol bitkiləri salınıb. İaşə obyektləri - restoran kafe, eyni zamanda 100 avtomobil yeri olan dayanacaq inşa edilib. İşıqlandırma sistemi tam müasir avadanlıqla təchiz olunub.

Ərazidə gəzərkən diqqətimizi çəkən digər bir məqam isə burada yeniyetmə gənclərin idman əyləncə maraqlarının nəzərə alınması idi. Park boyunca 4 uşaq oyun 2 idman meydançası, eyni zamanda 200 ədəd velosiped dayanacağı onların hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqlar yeni bulvarı daha da komfortlu göstərir. Göldə xüsusi qayıqlarla təşkil olunan gəzinti isə hər kəsin zövqünü oxşayır. Yeni katerlərin gətirilməsi planlaşdırılır.

 

Yeni bulvarın yeni qonaqları

 

Layihənin birinci mərhələsinin icrası layihə ərazisinin təcrid edilməsi məqsədilə Böyükşor gölünü iki hissəyə bölən 1570 metr uzunluğunda bənd çəkilib. Gölün bərpa olunan park salınan şərq tərəfi Bakı Olimpiya Stadionuna yaxın ərazini əhatə edir. I Avropa Oyunlarına daxil olan tədbirlərin bir çoxu məhz yenicə inşa olunan möhtəşəm Bakı Olimpiya Stadionunda keçiriləcək. Sözsüz ki, belə bir coğrafi mövqe icra olunmuş işin əhəmiyyətini daha da artırır. Digər tərəfdən yüksək səviyyədə həyata keçirilən abadlıq-quruculuq tədbirləri şəhərimizin daha da gözəlləşməsinə, insanların rahatlığına xidmət edəcək paytaxtımızın sakinlərində qonaqlarında xoş təəssürat, dərin məmnunluq hissi yaradacaq. Burada olarkən bir daha əmin olduq ki, geniş yaşıllığın təbii landşaftın formalaşması ərazini ekoloji cəhətdən daha da saflaşdırıb.

Yaxınlıqda yaşayan insanlarla söhbətimizdə bunu bir daha müşahidə etdik. Onlar buranın hazırkı havasını əfsanəvi bulvarımız olan Bakı Milli Parkının havası ilə müqayisə etməyə belə, çəkinmədilər. Tam əminliklə demək olar ki, gölün bu hissəsində əvvəlki vəziyyətindən heç bir əsər-əlamət qalmayıb. Stadion tərəfdə ümumi uzunluğu 7200 metr olan 2 neft, 2 qaz 2 su borusu yeraltı dəhlizə köçürülüb. Burada neftlə çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb drenaj sistemi qurulub. İaşə əyləncə məkanları isə gölün ümumi arxitekturasına xüsusi yaraşıq verir.

 

Gölün tam bərpası 2020-ci ilə qədər başa çatacaq

 

Böyükşor bulvarı ilə ətraflı tanış olduqdan sonra göl ərazisində görülən digər işlər, layihənin ikinci hissəsinin icrası ilə maraqlandıq. Öyrəndik ki, layihənin ilkin mərhələsində gölün dibindən 2,8 milyon kubmetr həcmində çöküntü çıxarılaraq gələcəkdə zərərsizləşdirilməsi üçün müvəqqəti təcrid edilmiş anbar ərazisinə toplanıb. Həmçinin dib çöküntülərinin zərərsizləşdirilməsi üçün 100 hektar ərazidə müvəqqəti saxlanc anbarı inşa edilib. Su səviyyəsini tənzimləyən üç su keçid hidrotexniki qurğusu inşa edilib. Suyun səviyyəsinin keyfiyyətinin idarə edilməsi üçün avtomatlaşdırılmış nəzarət-monitorinq sistemi quraşdırılıb. Eyni zamanda gölün idarə edilməsi, suyun keyfiyyətinin yaxşılaşdırılması monitorinqi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir. Suyun dibinin təmizlənmiş ərazilərində neftlə çirklənmənin səviyyəsi xeyli aşağı enib ki, bu da gölün artıq ekoloji normalar çərçivəsində olması deməkdir. Yüz ildən artıq müddətdə göl dibinə yığılmış çirkli çöküntülərin çıxarılması zərərsizləşdirilməsi işləri böyük ustalıqla icra olunur.

Xatırladaq ki, həm birinci, həm ikinci mərhələdə gölün dibinin təmizlənməsi Niderlanddan gətirilmiş xüsusi avadanlıqlar vasitəsilə həyata keçirilir. Ən çox çirklənməyə məruz qalan qədim Balaxanı neft yataqları istiqamətində neft tullantılarının qarşısının alınması üçün 1850 metr uzunluğunda xüsusi bənd inşa edilib. Bu bənd Balaxanı qəsəbəsi tərəfdən gölün tarixi məcrasının sərhədləri boyunca tikilib.

Parkı gəzərkən tez-tez gözə dəyən xüsusi geyimli şəxslər diqqətimizdən yayınmadı. Öyrəndik ki, onlar gölün mühafizəsini təmin edirlər. Ərazidə 11 mühafizə məntəqəsi quraşdırılıb ki, buradan bərk tullantıların atılmasına əraziyə kənar müdaxilələrin qarşısını almaqla bərabər, digər təhlükəsizlik məsələlərinə nəzarət edirlər.

Qeyd edək ki, gölü iki hissəyə ayıran 1570 metrlik bənd gələcəkdə Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək 8 zolaqlı magistral yolun özülü olacaq. Sözsüz ki, bu, şəhərdə tez-tez rast gəlinən tıxac problemini azaldacaq avtomobillərin normal hərəkətinin təmin edilməsində xüsusi rol oynayacaq.

 

Elnur HADIYEV,

 

Azərbaycan.- 2015.- 21 iyun.- S. 8.