Alina Kabayeva: Mehriban Əliyeva ilə şəxsən tanış deyilik, amma öz ölkəsində idmanın inkişafına onun necə böyük töhfə verdiyini bilirəm

 

Birinci Avropa Oyunlarının keçirilməsi təkcə Azərbaycan və Rusiya üçün deyil, həm də bütün Avropa üçün çox mühüm hadisədir. Dünya səviyyəli hadisədir və mən bu məqamı vurğulamaq istəyirəm. Axı, məlum olduğu kimi, idman xalqları birləşdirir. Bakıda Avropa Oyunları az qala bir ay ərzində dinc xəbərlər mənbəyi olacaq. Məncə, bu, çox gözəl haldır. Belə hadisələr nə qədər çox olsa, Avropa qitəsinin xalqları bir o qədər mehriban olar.

Bu sözləri Rusiyanın “Natsionalnaya Media Qruppaholdinqinin direktorlar şurasının sədri, Olimpiya çempionu, dünyaAvropa çempionu, Rusiyanın Əməkdar İdman Ustası Alina KabayevaMoskva-Baku” portalının müxbiri Yuliya Tkaçovaya müsahibəsində söyləyib.

A.Kabayevanın fikrincə, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə məhz Mehriban Əliyevanın başçılıq etməsi böyük əhəmiyyət daşıyır. O deyib: “Bu o deməkdir ki, idman tədbirinə dövlət miqyasında dəstək göstərilir və Azərbaycan Avropa Oyunları ilə bağlı bütün məsələlərin həllinə böyük məsuliyyətlə yanaşır. Biz Mehriban Əliyeva ilə şəxsən tanış deyilik, amma mən öz ölkəsində idmanın inkişafına, o cümlədən bədii gimnastikanın inkişafına onun necə böyük töhfə verdiyini bilirəm. Bu gözəl və enerjili, yeri gəlmişkən, bizim idman növünə yaraşan qadın 2000-ci illərin əvvəllərində Azərbaycan Gimnastika Federasiyasına başçılıq edib, Onun səyləri ilə bədii gimnastika respublikada elə yüksək səviyyəyə çatıb ki, dünya miqyaslı yarışlardan medallar gətirməyə başlayıb. Əvvəllər Azərbaycanın əsas idman uğurları güləş ilə bağlı idisə, birinci xanımın rəhbərliyi ilə gimnastlar da medallar qazanmağa başlayıblar. Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi dünya səviyyəsinin əldə edilməsinin etirafı olub.

Azərbaycanda bədii gimnastikanın mövqeyinin həmişə möhkəm olduğunu vurğulayan A.Kabayeva deyib: ”Bildiyimə görə, bu gün gimnastika respublikada ən sevimli idman növlərindən biridir”.

Bakıdakı çıxışlarını yada salan A.Kabayeva deyib: “Qələbə qazandığım bütün şəhərlərə mənə xoşbəxtlik gətirən şəhərlər kimi baxıram. Bakı da həmin şəhərlər sırasındadır. 2003-cü ildə Dünya Kubokunun mərhələ yarışlarından biri orada keçirilirdi. Mən, demək olar ki, bütün qızıl medalları qazandım. 2005-ci ildə isə Bakıya dünya çempionatına bir tamaşaçı kimi gəldim. Bakı gözəl və müasir şəhərdir, dinamik inkişaf edən ölkənin paytaxtıdır. Təəccüblü deyil ki, tarixdə ilk Avropa Oyunlarının keçirilməsi məhz Azərbaycana etibar olunub.

Məşhur gimnastictimai xadimin fikrincə, idman insanın xarakterində elə xüsusiyyətləri inkişaf etdirir ki, həmin xüsusiyyətlər həyatda daim onun köməyinə çatır. Bu, ilk növbədə məqsədini görmək və müxtəlif çətinlikləri dəf edərək ona doğru getməkdir. Mənim idman kredom, ümumiyyətlə həyat kredom “Özünə qalib gəl!” şüarıdır. İdman sayəsində başa düşmüşəm ki, ən ciddi düşmən elə özüməm. Ciddi məsələlərin həllində ən böyük maneələr də elə öz içimizdədir. Özünə üstün gəlməyi öyrənsən, deməli, məqsədinə çata bilərsən. Birbirinci addım atmaqdan qorxmaq lazım deyil. Əgər niyyətin təmizdirsə, insanlar üçün faydalı görürsənsə, özünü güclü hiss edirsənsə, onda qorxma, birinci addım at və irəli get. Hər şey alınacaq.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 21 iyun.- S. 10.