UNICEF “The Guardian”ın Azərbaycanla bağlı həqiqətə
uyğun olmayan məqaləsinə
cavab verdi
Böyük Britaniyanın “The Guardian” qəzeti UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Marie-Pierre Poirierin sözügedən mətbuat orqanının “Bakı-2015” I Avropa Oyunları barədə bu beynəlxalq təşkilatın mövqeyi ilə bağlı həqiqətə uyğun olmayan məqaləsinə cavab məktubunu dərc edib.
Cavab məktubunda deyilir: “UNICEF beynəlxalq idman tədbirlərinin Azərbaycandakı uşaqların diqqətini daha təhlükəsiz və əhatəli idman çağırışlarına cəlb edəcəyinə inanır. Əminliklə deyə bilərik ki, “Bakı-2015” ilə bu proses artıq başlayıb. Bu Oyunların yaratdığı fürsətdən yararlanan UNICEF on beş mindən artıq uşaq və gənc arasında onlayn müşavirə keçirib. Bu tədbir sayəsində uşaqlar hökumət rəsmilərinə əhatəli və təhlükəsiz idman haqqında fikirlərini bildiriblər. Azərbaycanda uşaqların 90 faizindən çoxu idmanı həyat üçün vacib amillərdən hesab edir.
UNICEF “Bakı-2015”in Azərbaycandakı uşaqlar və gənclər üçün vacib addım olduğuna inanır”.
Orxan İSMAYILOV,
AZƏRTAC-ın xüsusi müxbiri
London
Azərbaycan.- 2015.- 21 iyun.- S. 10.