Gimnastlarımız Avropa Oyunlarını 7 medalla başa vurdular

 

Digər idman növləri ilə yanaşı, gimnastika da ölkəmizdə kifayət qədər populyarlığa malikdir. Son illər idmanın bu növü sürətlə inkişaf edir. Onun bütün növlərində gözəllik, güc, incəsənət bir-birini tamamlayır. İdmançının hansı alətdə çıxış etməsindən və ya sərbəst hərəkətləri yerinə yetirməsindən asılı olmayaraq, tamaşaçı böyük zövq alır, insanın yaratdığı möcüzə qarşısında heyrətə gəlir.

Yüksək səviyyədə dövlət qayğısı sayəsində bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Digər idman növləri ilə yanaşı, gimnastika da diqqətdən kənarda qalmayıb. Bu nailiyyətlər Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın federasiyaya rəhbərliyi sayəsində mümkün olub. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün əsl inkişaf mərhələsi başlayıb.

Gimnastikanın bütün növlərinin inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində görülən işlər bəhrəsini verməkdədir. Bunun tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında bir daha şahidi olduq.

İdman gimnastikası, bədii gimnastikabatut üzərindən tullanma yarışları - eyni zamanda, iki yeni qeyri-olimpiya növü olan aerobikaakrobatika da 14-21 iyun tarixlərində I Avropa Oyunlarında nümayiş olunub. Bu yarışlarda gimnastlarımız 7 medal qazanaraq böyük uğura imza atıblar.

“Bakı-2015”də idman gimnastikası üzrə yarışlarda 37 ölkəni təmsil edən təxminən 180 gimnast iştirak edib. Qeyd edək ki, açılış mərasimində Almaniya, İsrail, İsveçrə və Danimarka kimi ölkələrin bayraqlarını məhz idman gimnastikasının təmsilçiləri aparıblar. Onlar arasında olimpiya oyunları, dünyaAvropa çempionatlarının mükafatçısı, alman gimnastı Fabian Xambyuxen, qitə birinciliyinin qızıl medalçısı Culiya Ştayngruber (İsveçrə), o cümlədən Aleksandr Şatilov (İsrail) kimi məşhur gimnastlar da yer alıb.

Milli Gimnastika Arenasında bir həftə ərzində keçirilən yarışlar zamanı tamaşaçılar 14 dəst (8-i kişi, 6-sı qadınlar) medal uğrunda maraqlı mübarizənin şahidi olublar. Ölkəmizi təmsil edən Oleq Stepko yarışlarda bir qızıl, iki gümüşiki bürünc medal qazanmaqla Azərbaycan gimnastikasında tarixi uğura imza atıb.

Oleq ilk medalını kişi idman gimnastikası üzrə komanda yarışlarında qazanıb. O, Pyotr PaxnyukEldar Səfərovdan ibarət yığma komandanın tərkibində Avropa Oyunlarının bürünc medalına layiq görülüb.

İyunun 20-si isə O.Stepkonun unuda bilməyəcəyi bir tarixdir. Çünki həmin gün Azərbaycan gimnastikası tarixinə qızıl hərflərlə yazılıb. O, paralel qollarda hərəkət üzrə ən yüksək nəticə göstərərək (15,733) qızıl medala layiq görülüb. Rusiyalı David Belyavski (15,700) gümüş, rumıniyalı Marius Berbekar (15,600) bürünc medal əldə edib.

Oleq Stepkonun çıxışlarını dövlət başçısı İlham Əliyev və xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva izləyiblər.

Dayaqla tullanma yarışında isə idmançımız üçüncü nəticə (14,966) göstərərək bürünc medala sahib olub. Qızıl medala ukraynalı Oleq Vernyayev (15,266), gümüş medala isə Hollandiya idmançısı Kazimir Şmidt (15,166) layiq görülüb. Oleq Stepko gimnastika atı üzərində hərəkət yarışlarda da uğurla çıxış edərək (14,600 xal) hesabına növbəti gümüş medalı yazdırıb. Bu növdə birinci yeri 14,966 xalla sloveniyalı Saşo Bertonselj, üçüncü yeri isə 14,200 xalla böyük britaniyalı Brin Bevan tutub.

Halqalar üzrə hərəkətlərdə Yunanıstan gimnastı Eleterious Petrosias (15,633) qızıl, rusiyalı Nikita İqnatyev (15,333) gümüş, türkiyəli İbrahim Çolak isə (15,133) bürünc medal əldə ediblər.

Kişilər arasında idman gimnastikasının çoxnövçülük yarışlarında sərbəst hərəkətlərdə ən yüksək nəticəni ispaniyalı Zapata Santana (15,333) göstərib. Almaniyalı Fabian Hamburken (15,100) ikinci, rusiyalı David Belyavski (15,000) üçüncü yeri tutublar.

Qadınlar arasında gimnastika tiri üzərində yarışların qızıl medalını Hollandiya atleti Layk Vever (14,200) qazanıb. İkinci yerə rumıniyalı Andrea İridon (14,000), üçüncü pilləyə isə isveçrəli gimnast Culiya Şteyngruber (13,700) çıxıblar.

Müxtəlif hündürlüklü qollarla hərəkətlər üzrə rusiyalı Aliyə Mustafina (15,400) birinci, almaniyalı Sofiya Şeder (15,200) ikinci, rumıniyalı Andrea İridon (12,800) üçüncü olub. Qadınlar arasında sərbəst hərəkətlərdə isveçrəli Culiya Şteyngruber (14,266) qızıl, rusiyalı Aliya Mustafina (14,200) gümüş, Niderland gimnastı Lieke Şevers (13,800) bürünc medal qazanıb.

Beləliklə, Oleq gimnastikadahet-triknümayiş etdirərək, ölkəmizə bir dəst medal qazandırıb. Bu, I Avropa Oyunlarının tarixində görünməmiş bir medal dəstidir. Mehriban xanım Əliyeva medalları ilk üç yerin sahiblərinə təqdim edib.

İyunun 21-də “Bakı-2015” I Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlar başa çatıb. Qadınlar və kişilərin fərdi çıxışlarında final mərhələsində iki Azərbaycan təmsilçisi də qüvvəsini sınayıb. Kişilərin yarışında çıxış edən İlya Qrişunin 58,765 xalla 3-cü olub. Bununla da bürünc medal qazanan təmsilçimiz Azərbaycanın 34-cü medalını rəsmiləşdirib. O, yalnız rusiyalı Dmitri Uşakov (60,050), belaruslu Vladislav Hançarovdan (59,380) geri qalıb.

Sevindirici hal odur ki, I Avropa Oyunlarında gimnastika yarışlarını medalla başa vurduq. Belə ki, iyunun 21-də təmsilçimiz Marina Durunda lentlə hərəkətlərdə gümüş medala yiyələnib. Bu, Azərbaycan millisinin “Bakı-2015”də 35-ci medalı olub. Çıxışı 18,200 xalla qiymətləndirilən idmançımız 3-cü cəhdində yalnız rusiyalı Yana Kudryavtsevadan (19,000) geri qalaraq, yarışı 2-ci pillədə başa vurub. Bürünc medala isə gürcüstanlı Salome Pajava (17,950) yiyələnib.

Onu da qeyd edək ki, həmin gün bədii gimnastika yarışlarında daha 5 dəst medal sahibini tapıb. Alətlər (halqa, lent, top, gürzlər) fərdi yarışlarda, qruplar isə 2 növdə (gürzlər və halqalar, lent) qüvvələrini sınayıblar.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2015.- 23 iyun.- S. 1.