Azərbaycan Prezidenti İlham
Əliyev Latviya Prezidenti Raymonds Veyonis ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iyunun 22-də Latviya Respublikasının yeni seçilmiş Prezidenti Raymonds Veyonis ilə görüşüb.
Dövlətimizin başçısı Raymonds Veyonisi Latviya Respublikasının
Prezidenti seçilməsi
münasibətilə təbrik
etdi, ona ali dövləti
fəaliyyətində uğurlar
arzuladı. Prezident İlham Əliyev
Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin
bundan sonra da uğurla inkişaf edəcəyinə
əminliyini bildirdi.
Prezident
Raymonds Veyonis Latviya-Azərbaycan əməkdaşlığının
yaxşı səviyyədə
olduğunu bildirdi, ölkələrimizin iş
adamları, müxtəlif
nazirliklər və qurumlar arasında əlaqələrin genişləndirilməsi
üçün böyük
imkanların mövcudluğunu
qeyd etdi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 23 iyun.- S. 4.