Rəy sorğusunun nəticələri: Azərbaycan əhalisi ölkə Prezidentinə etibar edir

 

Azərbaycan əhalisinin əksəriyyəti ölkə Prezidenti İlham Əliyevə etibar edir. Bunu “Rəy” Monitorinq Mərkəzinin iyunun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Cavablar göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 87,3 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi.

Respondentlərin 83 faizə yaxını “İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?” sualına “bəli, cavab verir” (tamya qismən), 5 faizixeyr, cavab vermir”, 4 faizi isə “əsasən cavab vermir” deyə bildirib. Qalan 8 faiz respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğu, həmçinin göstərib ki, prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rəyi soruşulanların mütləq əksəriyyəti (60 faiz) birmənalı olaraq səsverməyə qatılardı. Daha 21 faiz “yəqin ki, iştirak edərdim” cavab variantını seçib. Səsverməyə getməyəcəyini deyən respondentlər isə 12 faiz təşkil edib. Qalan 7 faiz cavab verməkdə çətinlik çəkib.

Hesabat 2015-ci il iyunun 13-15-də keçirilmişomnibustipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib. Nisbi xəta 2,7 faizdir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 23 iyun.- S. 4.