Azərbaycan Prezidenti İlham Əliyevə
Beynəlxalq Sambo Federasiyası İcraiyyə
Komitəsinin qərarı ilə Sambonun Çempion kəməri təqdim edilib
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov ilə görüşüb.
Qonaq Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sambonun Çempion kəmərini dövlətimizin başçısına təqdim edib.
Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili ŞESTAKOV dedi: İcazə verin, belə bir bayramı təşkil etdiyinizə görə təşəkkürümü bildirim. Mən Bakıda hələ 1974-cü ildə olmuşdum. İndi isə gözlərimə inana bilmirəm.
Prezident İlham ƏLİYEV: O vaxtdan Bakıda olmamısınız?
Vasili Şestakov: Xeyr, olmuşam. Amma indi bir daha baxdım. Çox gözəl şəhərdir.
Prezident
İlham Əliyev: Çox sağ
olun. Şadam ki, gəlmisiniz
və belə bir möhtəşəm tədbiri - idman yarışını, sambonu
izləyirsiniz.
Vasili Şestakov: Dəstəyinizə
görə Sizə təşəkkür edirəm.
Çox sağ
olun. Çünki məhz Sizin
sayənizdə sambo yarışları belə
böyük idman tədbirinin proqramına daxil edilib. Hələ Soçidə
sambodan söhbət düşəndə bu idman növünün Avropa Oyunlarına daxil edilməsinə görə Sizə təşəkkür bildirildi.
Biz də Sizi
təbrik etmək və Çempion kəmərini təqdim etmək istərdik.
Vasili Şestakov
Sambonun Çempion kəmərini dövlətimizin
başçısına təqdim
etdi.
Prezident
İlham Əliyev: Çox sağ
olun.
Vasili Şestakov: Belə bir kəmər fəxri prezident kimi Vladimir Vladimiroviçə
təqdim edilib. Sambonun Azərbaycanda və bütün dünyada inkişafına göstərdiyiniz
böyük xidmətlərə
görə Beynəlxalq
Sambo Federasiyası İcraiyyə Komitəsinin
qərarı ilə Sizə Sambonun Çempion kəmərini
təqdim edirik. Bu, ikinci belə
kəmərdir. Birincisi Vladimir Vladimiroviç Putinə təqdim olunub.
Prezident
İlham Əliyev: Çox sağ
olun. Mən işimə verilən
qiymətə görə
minnətdarlığımı bildirirəm. Siz qeyd etdiyiniz kimi, sambo birinci Avropa
Oyunlarının proqramına
daxil edilib. Bu Prezident Putinlə
mənim birgə təşəbbüsüm idi.
Biz bu barədə
hələ ötən
ilin yazında müzakirə aparmışdıq.
Biz Avropa Olimpiya
Komitəsinə müraciət
etdik ki, sambo ilk Avropa Oyunlarının proqramına
daxil edilsin. Deməliyəm ki, Oyunların
proqramına daha 7 idman növü üzrə yarışların
daxil edilməsi planlaşdırılırdı. On doqquzu artıq
müəyyənləşdirilmişdi və yalnız bir idman növü
qalırdı. Əlbəttə, biz Avropa Olimpiya Komitəsinə xahişimizi
təmin etdiklərinə
görə də minnətdarıq. Beləliklə, belə bir gün
gəlib çatdı.
Həqiqətən də idmanın
bu növü bizi birləşdirir.
Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov Azərbaycanda güclü sambo məktəbinin olduğunu
və bunun maraqla izləndiyini vurğuladı.
Prezident
İlham Əliyev: Bu,
sambonun gələcəkdə
Olimpiya Oyunlarının
proqramına daxil edilməsinə aparan yoldur. Bu idman
növü bizdə çox sevilir. Bu yarışlardan sonra, fikrimcə, sambo bölməsinə axın daha da artacaq. Çünki hamı gözəl
bilir ki, cüdo Olimpiya idman növü olduğuna görə gəncləri və uşaqları özünə
daha çox cəlb edir. Hamı Olimpiya çempionu olmaq istəyir. Biz sambonu da bu cür dəstəkləyirik
və dəstəkləcəyik.
Vasili Şestakov: Ümid edirəm ki, Sizin dəstəyinizlə
sambo Olimpiya Oyunlarına yol tapacaq. Sizin çox məşhur
- 7 dəfə dünya
çempionunuz Ceyhun Məmmədov var. O, sambonun
əfsanəsidir. Buna görə də o, Beynəlxalq Federasiyanın
ən yüksək mükafatına - Qızıl
nişana layiq görülüb. Tarixdə cəmi
bir idmançı bu nişanla mükafatlandırılıb. O, ən yaxşı samboçular onluğuna daxil olub.
Prezident
İlham Əliyev: Çox sağ
olun.
X X X
Sonra Azərbaycan Sambo Federasiyasının Prezidenti
Ceyhun Məmmədov qonaqlarla
görüşüb.
AZƏRTAC
Azərbaycan.- 2015.- 23 iyun.- S. 5.