Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə
Əlahəzrət,
Ölkənizin milli bayramı – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 19 iyun 2015-ci il.
Azərbaycan.- 2015.- 23 iyun.- S. 5.