Dövlət
qulluqçularına “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən aşağıdakı şəxslərə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin:
Fətəliyev Nail Sadıx oğlu
Kərimov Vasif Əli oğlu
Rəhimov Mail Səməd oğlu
Sarıcalinski Tofiq Qiyas oğlu
Şahbazov Oqtay Qəşəm oğlu
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun
2015-ci il
Azərbaycan.- 2015.- 23 iyun.- S. 5.