Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları Bolqarıstanda beynəlxalq konfransda iştirak ediblər

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) şöbə müdirləri Afiqə Batıyeva, Natiq Əliyev, sektor müdiri Xədicə Əzimova Bolqarıstanın paytaxtı Sofiyada “Təhsilin inkişafının ümumdünya trendləri və akademik tədqiqatlar” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, konfransda Kanada, Çin, Bolqarıstan, Şotlandiya, Rusiya Federasiyası və Qazaxıstanın nümayəndələrinin ortaali təhsil ilə bağlı müxtəlif mövzularda məruzələri dinlənilib, təşkil olunan “dəyirmi masalarda geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə A.Batıyeva “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında yoxlama-ölçmə materiallarının işlənməsinin və dərsliklərin monitorinqinin aparılmasının inkişaf dinamikası” mövzusunda çıxış edib.

Səfər çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov TQDK-nın əməkdaşları ilə səfirlikdə görüşüb. Görüşdə TQDK-nın fəaliyyəti barədə geniş məlumat verilib.

 

Azərbaycan.- 2015.- 23 iyun.- S. 5.