Ukraynalı atlet:
“Bakı-2015” Olimpiya Oyunları
standartlarına cavab verir”
Ukraynanın I Avropa Oyunlarında üzgüçülük idman
növü üzrə
təmsilçisi Andrey
Serdinov yerli mətbuata açıqlamasında
deyib ki, “Bakı-2015” Olimpiada səviyyəsində
keçirilir. O, açılış
mərasiminin, eləcə
də yarışların
təşkilinin tam Olimpiya
standartlarına cavab verdiyini bildirib.
“Bakıda bütün
idmançılar Atletlər
kəndində qalırlar. Bu həm də müxtəlif ölkələrin
nümayəndələrinə bir-birləri ilə tanış olmaq, ünsiyyət qurmaq imkanı yaradır” - deyə ukraynalı atlet vurğulayıb.
O, I Avropa Oyunlarının
gənc idmançılar
üçün də
mühüm əhəmiyyətə
malik olduğunu diqqətə çatdıraraq
deyib: “Burada iştirak edən gənc idmançılar beynəlxalq yarışların,
olimpiadaların atmosferini
hiss etmək imkanı
qazanırlar. Ümumiyyətlə,
“Bakı-2015” ukraynalı gənc
idmançılar üçün
ilk beynəlxalq təcrübə
oldu”.
AZƏRTAC
Azərbaycan.- 2015.- 23 iyun.- S. 8.