I Avropa Oyunları İspaniyada maraqla izlənilir

 

I Avropa Oyunlarında indiyədək 21 medal qazanan İspaniya komandasının uğurları bu ölkədə həyəcanla izlənilir. İspaniyanın ən böyük televiziya şirkəti olan RTVE vasitəsilə canlı yayımlanan yarışlara milyonlarla tamaşaçı baxır.          

Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşən Madrid sakinləri İspaniya idmançılarının ilk dəfə keçirilən bu yarışlarda uğurla çıxış etmələrindən məmnundurlar. Onlar televiziya vasitəsi ilə yarışları izləyərkən Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsini, Bakının gözəl müasir şəhər olmasını gördüklərini bildiriblər.

 

Aygün ƏLİYEVA,

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

 

Azərbaycan.- 2015.- 23 iyun.- S.8.