“Euronews”
Avropa Oyunlarının səkkizinci
günündən reportaj hazırlayıb
“Euronews”
telekanalının saytında Bakıda keçirilən ilk
Avropa Oyunlarının 8-ci günündən
hazırlanmış reportaj yayılıb.
AZƏRTAC xəbər verir ki, qadın velosipedçilərin yarışından bəhs edən reportajda belaruslu idmançı Alena Amialiusikin Avropa Oyunlarının səkkizinci günündə Polşa idmançısı Katarjina Nieviadomanı və Niderland idmançısı Anna van der Breggeni məğlub etməklə qızıl medal qazandığı bildirilir.
Təəssüratlarını bölüşən A.Amialiusik deyib: “Çox xoşbəxtəm. Mən hansı hisslər keçirdiyimi ifadə edə bilmirəm. Qızıl medal qazanmaq çox şərəflidir. Mən ən yaxşı olduğumu hiss etdim. Əsas insanın özünə inamıdır”.
Reportajda daha sonra Bakıda Milli Gimnastika Arenasında keçirilən qadınlar arasında bədii gimnastika yarışlarına yer verilib. Qeyd olunub ki, İsveçrə gimnastı Culiya Staynqruber finalda fərqlənə bilib. İkiqat Avropa çempionu C.Staynqruber bədii gimnastika üzrə yarışın qalibi olub. İsveçrə gimnastı deyib: “Çox xoşbəxtəm ki, qızıl medal qazandım. Mən bunu gözləmirdim. Çünki mən xətti keçməklə kiçik bir səhv etdim. Hesab edirəm ki, mənim çıxışım digər rəqiblərimizin çıxışından çox çətin olduğu üçün qalib gəldim”.
Reportajda su polosunda gərgin keçən Rusiya-İspaniya qarşılaşmasından da bəhs olunub. Rusiyalı idmançı Belofsatov qalibiyyətdən sonra deyib: “Oyuna pis başlamışdıq. Nə baş verdiyini bilmirəm. İlk hissə bizim üçün əsl fəlakət idi. İkinci hissədə taktikanı dəyişdik. Hesab 7-4 olanda mən qalib gələcəyimizə inanmağa başladım. Qalib gəldiyimiz üçün çox xoşbəxtəm”.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
http://www.euronews.com/2015/06/21/baku-european-games-day-8-highlights/
Azərbaycan.- 2015.- 23 iyun.- S. 8.