Patrik Hikki: 2019-cu
ildə Avropa Oyunlarına ev
sahibliyi etmək üçün
yeddi potensial namizəd
var
2019-cu
ildə Avropa Oyunlarını ev sahibliyi etmək
üçün yeddi potensial namizəd var.
AZƏRTAC Reuters-ə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki məlumat verib.
“İlk olaraq ikinci Avropa Oyunlarına ev sahibliyi etmək üçün 5 namizəd var idi. Lakin Bakıda keçirilən Oyunların gözləniləndən çox diqqət çəkməsi və böyük marağa səbəb olması daha ilk ölkənin namizədliyini irəli sürməsinə səbəb oldu” – deyə P.Hikki vurğulayıb.
Onun sözlərinə görə, ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə barədə son qərar bir müddət sonra qəbul olunacaq.
“Bakıda keçirilən Oyunlardan
çox məmnunuq. Düzdür,
atletika və üzgüçülük
ən güclü idmançılarla təmsil
olunmasa da, digər idman növlərində iştirak
edən atletlərin əksəriyyəti Olimpiya
və Avropa çempionlarıdır,” –
deyə AOK prezidenti əlavə edib.
AZƏRTAC
Azərbaycan.2015.- 23 iyun.- S. 8.