Nar ağacının simvolik budaqları bar verir

 

Medalçılarımız imzaları iləZəfər Günləri”nin lövhəsinə naxış vururlar

 

Dünyanın maraqla izlədiyi ilk Avropa Oyunlarının ikinci mərhələsində Azərbaycan atletlərinin uğurlu çıxışları davam edir. Elə gün yoxdur ki, idmançılarımız fəxri kürsüyə qalxmasınlar. Əyarından asılı olmayaraq qazanılan hər bir medal uğur göstəricisidir. Medal qazanan idmançılarımızın ailə üzvlərinin bir gün sonra Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) təşkil etdiyiZəfər Günləri”ndə iştirakı isə bayram əhval-ruhiyyəsini daha da artırır.

Yarışların IX X günlərində atletlərimiz qazanılan medalların sayını 35-ə çatdırdılar iyunun 21-22-də MOK-da təntənəli mərasim keçirildi. Azərbaycanın kişi gimnastı Oleq Stepkonun ölkəmizə qazandırdığı 5 dəst medal (1 qızıl, 2 gümüş 2 bürünc) isə bazar günü düzənlənənZəfər Günləri”nin bəzəyi oldu.

MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadənin Xəzər İsayevin, Azərbaycanın Olimpiya çempionu Lyudmila Şubinanın ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi mərasimdə Oleq Stepko bir daha Nar ağacının simvolik bəhrəsinə imza atdı. Qeyd edək ki, O.Stepko bir müddət öncə bürünc medal alarkən bu xüsusi lövhəyə imzasını atmışdı. Bu dəfə isə idmançımız qızıl bəhrəyə adını yazdırdı.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yarışların doqquzuncu gününün atletlərimiz üçün uğurlu keçdiyini söylədi. Bildirdi ki, idmançımız Oleq Stepko Azərbaycan gimnastika tarixində böyük uğura imza atıb: “Bizim idman tariximizdə ilk dəfədir ki, bir idmançı 5 medal qazanır. Bu, hər kəsin böyük sevincinə səbəb olub. Çox şadıq ki, Azərbaycan idmançıları idman gimnastikasında da öz sözlərini dedilər. Söz yox ki, böyük bir tarixi hadisə olan ilk Avropa Oyunları, eləcə idmançılarımızın bu Oyunlarda parlaq qələbələri hər kəsin yaddaşında qalacaq. Avropa Oyunlarının şahidi olan hər bir şəxs gələcəkdə Azərbaycanın belə bir uğuru haqqında gənc nəsillərə bilgilər verəcəklər. İnanırıq ki, Avropa Oyunları Yay Olimpiya Oyunlarından sonra ən möhtəşəm idman yarışı hesab olunacaq”.

Sonra IX günün qəhrəmanı Oleq Stepkoya MOK-un hədiyyələri təqdim olundu.

Dünən isə yarışların X günündə medal qazanmış iki idmançımız - bədii gimnastikanın fərdi lent yarışında gümüş medal qazanan Marina Durunda batut üzərində fərdi tullanma yarışlarında bürünc medala sahib çıxan İlya QrişunZəfər Günləri”nin qonağı oldular.

Tədbirdə çıxış edən Azərbaycan gənclər idman nazirinin müavini İsmayıl İsmayılov bildirdi ki, artıq idman ölkəsinə çevrilən Azərbaycan idmançılarının “Bakı-2015”in ilk gündən medallar qazanması dövlətimizin bu sahəyə olan diqqət qayğısının bəhrəsidir. İdmançılarımız Avropa Oyunlarının hər keçən günü uğur üzərinə uğur gətirirlər. Bu qayğının əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir: “Bu gün idmançılarımızın qazandıqları uğurlar bu sahədə çəkilən əziyyətin nəticəsidir. Keçən il Azərbaycan idmançıları dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda 805 medal qazanıblar. Bu da ona əsas verir ki, Azərbaycan dünyada ən öndə olan idman ölkələri sırasındadır”.

Nazir müavini Azərbaycanın Avropa Oyunlarındakı medal sayının artacağını söylədi. Qeyd etdi ki, idmançılarımız Avropa Oyunlarında iyunun 22-dək 35 medal qazanıblar ki, bu da əlamətdar hadisədir: “Gimnastika üzrə yarışlarda atletlərimiz 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıblar. Bu böyük nailiyyətdir söz yox ki, bu uğurlar I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın qayğısının nəticəsidir. İnanıram ki, digər idman növlərində medallarımız olacaq”.

Sonra günün qəhrəmanları - Marina Durunda İlya Qrişun xüsusi hədiyələrlə mükafatlandırıldılar.

Yarışların IX X günlərində medal qazanan idmançılarımızın xoş təəssüratları ilə tanış olun:

 

Dünya Azərbaycanda gimnastikanın necə uğurla inkişaf etdiyini gördü

 

Oleq STEPKO, I Avropa Oyunlarının qalibi:

- Sözlə ifadə etməkdə çətinlik çəkdiyim hisslər yaşayıram. Zəhmətim hədər getmədi buna sevinirəm. Əbəs yerə rejimdə deyildim, gərgin məşq etmirdim. Mən öz işimi həmişə ən yüksək səviyyədə yerinə yetirməyə çalışıram. Qazandığım medallar da bunun sübutudur. Hər bir idmançı federasiyasının, ölkəsinin nüfuzunu artırmalı, azarkeşlərin hörmət rəğbətini qazanmalıdır. Medalları güclü gimnastlar arasında qazanmaq isə xüsusilə xoş idi.

İdmançıların uğurlu çıxışı hazırlığı üçün hər cür şərait yaratmış Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Bakıda I Avropa Oyunlarının sayəsində bütün dünya Azərbaycanda bu idman növünün necə inkişaf etdiyini gördü. Bundan başqa, idmançıların uğurlu çıxışı gənc nəsil arasında bu idman növünə marağı artıracaq. Əminəm ki, azərbaycanlı gənclər boks, karate, cüdo güləşi sevdikləri kimi, idman gimnastikasını da sevəcəklər.

İdman gimnastikası üzrə yarışları Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın izləməsi mənə qələbə üçün stimul verdi. Fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycana medallar qazandırdığım üçün çox sevinirəm.

 

Azərbaycan musiqisinin sədaları altında çıxış etmək çox xoş idi

 

Marina DURUNDA, I Avropa Oyunlarının gümüş mükafatçısı:

- Mən bu qələbəmi bütün Azərbaycana həsr edirəm. Çox xoşbəxtəm ki, öz çıxışımla qələbəmlə bütün Azərbaycanı sevindirdim. Mənim üçün milli Azərbaycan musiqisinin sədaları altında çıxış etmək çox xoş idi düşünürəm ki, hər şey yaxşı alındı.

Ancaq onu da deyim ki, öz ölkəndə böyük azarkeş kütləsi qarşısında çıxış etmək o qədər asan deyi. Ona görə məndə bir qədər həyəcan vardı. Uğursuz hərəkətlərdən sonra məndə idman qəzəbi yarandı. Lentlə hərəkətlərlə olan sonuncu çıxışım ən məsuliyyətlisi idi, çünki mən sonuncu çıxış edirdim Avropa Oyunlarında gimnastika yarışlarını bağlayırdım. Mən bacardığımı etməyə çalışırdım, amma bəzən idmanda hər şey bizdən asılı olmur. İkinci yeri tutmaqla, məşqçimi, yaxınlarımı, azarkeşləri sevindirdim. Nailiyyətimdə məşqçilərin Gimnastika Federasiyasının rolu danılmazdı. Məşqlərdə çox çalışırdım. Bunun da bəhrəsini gördüm. Avropa Oyunlarında hər şey yüksək səviyyədə təşkil olunub. Mənə dəstək olan hər kəsə minnətdaram. Bu uğura tək imza ata bilməzdim.

 

İmza atdığım uğurdan sonra şokdayam

 

İlya QRİŞUN, I Avropa Oyunlarının bürünc mükafatçısı

- İlk Avropa Oyunlarında medal qazanmaq böyük uğurdur. Bəli, nəticə ürəyimcədi. Çünki verilən tapşırığın öhdəsindən 90 faiz gəldim. Mənə bəslənən ümidləri puç etmədim. Gimnastika Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Bütün azərbaycanlı azarkeşlərə minnətdaram. Hisslərimi sözlə ifadə edə bilmirəm.

Avropa Oyunlarının mükafatçısı olmaq arzum idi. Finala çıxanda əmin oldum ki, medal qazanacam. Tribunalarda azarkeşlər məni möhtəşəm dəstəklədilər. Heç bir həyəcanım yox idi. Hər şey yüksək səviyyədə oldu. Bunu təkcə mən yox, digər idmançılarımız da təsdiqləyirlər. İmza atdığım uğurdan sonra şokdayam. Bundan sonra uğurların ardı gəlməlidir. Axı, mən Avropa Oyunlarının medalçısıyam. Gələcəkdə keçiriləcək yarışlarda mən Avropa Oyunlarının bürünc mükafatçısı kimi təqdim olunacam buna görə daha məsuliyyətli, diqqətli olmaq lazımdır.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2015.- 23 iyun.- S. 9.