İtaliyanın
“fosnova.it” saytı I Avropa
Oyunlarından yazır
İtaliyanın “fosnova.it” saytında “Bakı-2015” I Avropa Oyunları ilə bağlı məqalə yayılıb.
AZƏRTAC xəbər verir ki, məqalədə iyunun 12-dən 28-dək Qafqazın ən böyük şəhəri Bakıda beynəlxalq səviyyəli idman tədbirinin - I Avropa Oyunlarının keçirildiyi bildirilir. Müəllif əsas diqqəti Oyunlarda yeni idman növlərinin də olmasına, eləcə də Avropa Oyunlarının açılışının həyata keçirildiyi və hazırda bir sıra yarışların təşkil olunduğu Bakı Olimpiya Stadionunun texniki imkanlarına yönəldib.
“I Avropa Oyunlarının
siyahısına salınmış sambo və
çimərlik futbolu bu
miqyasda yarışlar üçün
tamamilə yenidir”, - deyə məqalədə
diqqətə çatdırılır. Bakı Olimpiya Stadionunun texniki imkanlarına gəldikdə isə,
müəllif stadionun bir
çox üstünlükləri ilə
yanaşı, işıqlandırılmasının yüksək
səviyyədə olduğunu bildirib. Bu stadionda
yüksək effektivliyə malik, enerjiyə
və texniki xidmət xərclərinə
qənaət edən qurğular var. Buradakı projektorlar
telereportajların yüksək keyfiyyətini də təmin edir.
Azərbaycan.- 2015.- 24 iyun.- S. 8.