Sambo ilk dəfə Bakıda Olimpiya statusu qazanıb

 

Fransanın “Challenges” portalı “Bakı-2015” I Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışları haqqında məqalə yayıb.

 Avropa Oyunları: təkbətək mübarizə sənətiadlı məqalədə müəllif sambonun indiyədək Olimpiya idman növləri sırasında olmadığını qeyd edir. Əlavə edir ki, Bakıda ilk dəfə olaraq bu idman növü Olimpiya statusu qazanıb.

İdmanın sambo növünün tarixi barədə məlumat verən müəllif bildirir ki, bu döyüş növü özündə Azərbaycana məxsus idman növü olan güləşin çox sayda elementini ehtiva edir.

Sonda müəllif maraqlı bir müqayisə apararaq qeyd edir ki, 70 milyon əhalisi olan Fransada sambo ilə cəmi 2500 nəfər məşğul olursa, 9 milyon əhaliyə malik Azərbaycanda bu idmanla 5 mindən çox insan maraqlanır. Azərbaycanlı samboçuların 10 faizdən çoxu qadındır.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://www.challenges.fr/sport/20150622.AFP1715/jeux-europeens-le-sambo-ou-l-art-spectaculaire-du-corps-a-corps.html

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 24 iyun.- S. 8.