Azərbaycan böyük təcrübəyə malikdir

 

İran İslam Respublikasının “Dəniz” qəzetində “Bakı-2015” I Avropa Oyunları barədə məqalə dərc edilib.

Məqalədə Azərbaycanın davamlı iqtisadi inkişafının ölkədə belə möhtəşəm idman tədbirlərinin keçirilməsinə imkan verdiyi vurğulanır. Bildirilir ki, Azərbaycan beynəlxalq səviyyəli tədbirlər təşkil etməkdə böyük təcrübəyə malikdir.

Qeyd olunur ki, Bakıda yarışların keçirilməsi üçün dünya standartlarına cavab verən idman obyektləri tikilib. Azərbaycana gələn xarici mətbuat nümayəndələri üçün də hər cür şərait yaradılıb.

Məqalədə Oyunların açılış mərasimində bir sıra ölkələrin dövlət və hökumət başçılarının, yüksək vəzifəli şəxslərinin iştirak etdikləri də diqqətə çatdırılıb.

 

Rabil KƏTANOV,

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan.- 2015.- 24 iyun.- S. 8.