I Avropa
Oyunlarının iştirakçıları Bakının
küçələrində gəzişməyə tələsirlər
“Yarışlar arasındakı müddətdə və ya ondan sonra I Avropa Oyunlarının iştirakçıları Bakının küçələrindən keçərək görməli yerləri gəzməyə və milli mətbəx nümunələrindən dadmağa tələsirlər”, - bu fikirlər Rusiya televiziyasının Birinci kanalının reportajında səsləndirilirb.
Bu gün doğum gününü və Oyunlarda qazandığı qələbəni bayram edən Rusiya gimnastı Nikita İqnatyev deyib: “İstər komanda yarışlarında, istərsə də şəxsi birinciliklərdə rəqabət çox yüksəkdir, uşaqlar çox ciddidirlər, Avropa çempionatında olduğu kimi, ən güclülər toplaşıblar”.
Rusiya idmançıları İçərişəhərdə gəzirlər. “Bakının əsas rəmzlərindən biri olan Qız qalası Oyunlara uyğun bəzədilib. Əlbəttə ki, orijinalı yox: Müxtəlif ölkələrin rəssamlarından xahiş olunub ki, maketləri milli üsluba uyğun olaraq bəzəsinlər. Maketlər abidənin qarşısında yerləşdirilib ki, yarışların qonaqları şəhərlə tanış olarkən burada onların yolunun necə gözlənildiyini əyani görə bilsinlər”, - deyə reportajın müəllifi Munisa Usmanova qeyd edib.
Fransadan gələn çimərlik voleybolçuları Maksim və Romeyn İçərişəhərdə Əli Şəmsi ilə görüşüblər. Onlardan Romeyn di Ciantommasonun fikrincə, Azərbaycanda insanlar “heyrətamiz dərəcədə səmimi və qonaqpərvərdirlər. “Doğrudur, onlar maşın sürmək qaydalarını pozurlar, lakin bu, tamam başqa məsələdir”, - deyə idmançı əlavə edir.
Gimnastlar Marqarita Mamun və Yana Kudryavtseva isə əmindirlər ki, bədii gimnastika üçün təkcə texnika azdır, bunun üçün sevgi və ilham lazımdır. Onlar elə bu sevgi və ilhamın dalınca da qədim “Atəşgah” məbədinə gəliblər. “Biz bura gəlmək istəyirdik. Çünki bilirdik ki, ilk Avropa Oyunları üçün müqəddəs alov buradan götürülüb”, - deyə Marqarita Mamun izah edir. “Ümid edirik ki, daha yaxşı, emosional çıxış etməyə güc toplayacağıq”, - deyə Yana Kudryavtseva əminliklə qeyd edir.
“Alova saatlarla baxmaq olardı, lakin isti hava və yarış qrafiki burada çox dayanmağa imkan vermir. Odun sehrimi kömək etdi? Bu məlum deyil, lakin Yana və Marqarita bədii gimnastika üzrə Avropa Oyunlarının bütün qızıl medallarını topladılar”, - deyə birinci kanalın müxbiri reportajın sonunda bildirir.
Fəridə
ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2015.- 24 iyun.- S. 8.