Qitənin yeni idman tarixi Bakıda yazılacaq

 

I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi heç təsadüfi deyil bu gün bütün dünyanın nəzərləri Azərbaycana yönəlib. Bunu müxtəlif prizmalardan dəyərləndirmək olar. Ölkəmizin inkişafını görmək istəyən , onun müstəqilliyini bərpa etdikdən sonra, xüsusən son illər əldə etdiyi uğur nailiyyətlərə qısqanc yanaşan, hətta bundan əndişələnən bəzi xarici qüvvələr ilk Avropa Oyunlarından danışır.

Bu idman bayramına Azərbaycanın qısa müddət ərzində möhtəşəm hazırlığı, əlbəttə, ilk növbədə inkişafımızla bağlıdır. Azərbaycan yerləşdiyi regionda söz sahibi olmasaydı, bundan öncə bir sıra beynəlxalq tədbirlərə evsahibliyi etməsəydi, yəqin ki, qapımızı bu qədər qonaq döyməzdi. Azərbaycan adlı evimizin bünövrəsi tarixin dərin qatlarından qoyulub, bu gün isə o, nəinki Avropa məkanında, hətta dünyada inkişaf göstəricilərinə görə öndədir.

Olimpiya oyunları Yunanıstanla bağlıdır. Avropa Oyunları da Azərbaycanın yalnız idman deyil, bütövlükdə inkişaf tarixinə yazılır. Təbii, Avropa Oyunlarından söz düşdükdə öncə Azərbaycan xatırlanacaq, onun bugünkü inkişafı göz qabağına gətiriləcək. Bu mənada, bizi qarşıda çox mühüm tarixi bir hadisə gözləyirdi. Ona görə peşə ixtisasından asılı olmayaraq, ölkəmizin vətəndaşları buna ciddi hazırlaşdı.

Dünyanın müxtəlif guşələrindəki sənət dostlarımız da ölkəmizin idman bayramını yaxından izləmək üçün əlaqə yaradır bunda maraqlı olduqlarını bildirirdilər. Əlbəttə, dostlarımızın Azərbaycana gəlişi bizim üçün toy-büsatdır. Onlar Azərbaycanın bugünkü inkişafını yaxından görüb, əsrarəngiz təbiətini seyr edib, turizm məkanlarında dincəlir, xalqımızın mehriban qonaqpərvərliyinin şahidinə çevrilir, milli mətbəximizin süfrələri bəzəyən təamlarından dadır, muzeylərimizdə tarix mədəniyyətimizlə tanış olur ki, bu da bizi daha yaxşı tanımaqları üçün bir vasitədir. Bunların isə olduqca böyük əhəmiyyəti var. Azərbaycan Böyük İpək yolu üzərində yerləşdiyindən, zaman-zaman səyyahların, karvanların dayandığı ziyarət etdiyi müqəddəs məkandır. Bu yerləri heç təsadüfi olaraq Odlar Yurdu adlandırmayıblar.

I Avropa Oyunlarının da məşəlinin od aldığıAtəşgahkimi müqəddəs məbədimiz, “Qobustanadlı tarix danışan göstərən qayalıqlarımız s. möhtəşəm abidələrimiz var.

Bu il aprelin 26-sı ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşdü. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olanAtəşgah”dan başladı. Azərbaycan Prezidenti İlham Əliyev I Avropa Oyunlarının məşəlini məhz bu müqəddəs məkanda alovlandırdı. Dövlət başçısı həmin məkanda keçirilən mərasimdəki çıxışında qeyd etdi ki, Azərbaycan əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyur: “Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir.

...Azərbaycan gənc müstəqil dövlətdir. Ancaq bizim çox böyük zəngin tarixi mədəni irsimiz var. Azərbaycanın zəngin tarixi, mədəniyyəti bizim qürur mənbəyimizdir. Azərbaycanda qədim tarixi memarlıq abidələri bizim qürur mənbəyimizdir”.

Doğrudan da Avropanın idman dünyasının Azərbaycana gəlməsinin özü tarixi bir hadisədir. Bundan yararlanıb xalqımızın mədəniyyətini təqdim inkişaf edən ölkəmizi layiqincə təmsil etmək kimi şərəfli missiya daşıyırıq. Əlbəttə, biz musiqiçilər bu Oyunlara ciddi hazırlaşmışıq. Musiqi Akademiyasının müəllim tələbə heyətinin üzərinə az məsuliyyət düşmür. Tərtib edilən konsert proqramları, şübhəsiz, birtərəfli ola bilməz. Yəni proqrama xalq musiqiləri ilə yanaşı, özümüzün xarici bəstəkarların da əsərləri daxil edilib. Biz xalqımızı qonaqlara musiqi dili ilə təqdim edirik.

Bakı, hətta respublikamızın regionları son illər bir sıra beynəlxalq mədəniyyət tədbirlərinin mərkəzi kimi tanınmaqdadır. Nəinki paytaxt Bakıda, hətta regionlarda (məsələn, Qəbələdə keçirilən bir sıra beynəlxalq tədbirləri xatırlayaq) belə möhtəşəm tədbirlərin keçirilməsi üçün yaradılmış şərait ilk növbədə ölkəmizdə hökm sürən sabitliyin, müxtəlif xalqlarındini azlıqların birgəyaşayışının təmini deməkdir. Qəbələdə keçirilən muğam festivallarından sonra artıq bizim klassik xalq musiqimiz olan muğamlar əcnəbilərin ifasında səsləndirilir. Alman, fransız, amerikan bizim muğamlara böyük maraq göstərir. Gizli deyil ki, Azərbaycan musiqiçiləri son illər çox yüksək səviyyədə təbliğ olunur. Bu il Azərbaycanda III Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Buna qədər isə ölkəmiz silsilə xarakteri almış muğamsaz, teatr festivallarına, müsabiqələrə evsahibliyi edib.

Unutmamalıyıq ki, dünyanın əksər yerlərində milli-dini, etnik zəmində baş vermiş münaqişələr xalqların tarixi, mədəniyyət abidələrini yer üzündən silir. Azərbaycan ərazilərinin 20 faizdən çoxu Ermənistanın işğalı altındadır. Biz bu işğalla barışmırıq. Xalqımız dövlət başçısının ərazilərimizin düşməndən azad edilməsi istiqamətində yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir və inanırıq ki, düşmən öz layiqli cəzasını alacaq və torpaqlarımız təcavüzkarlardan qurtulacaq. Bunun üçün dövlətimizin iqtisadi, siyasi və hərbi gücə malik olması vacib şərtlərdir. Bu gün Azərbaycan məhz bu pillədədir. Artıq düşmən tərəf nə siyasi, nə iqtisadi, nə də hərbi gücə malikdir. Azərbaycan isə Avropaya inkişafın yeni modelini təqdim edir. Bu, heçasan başa gəlməyən məsələdir. Ölkəmizdə əmin-amanlıqdır, siyasi sabitlik hökm sürür. Qonşu dövlətlərlə münasibətlərimiz (əlbəttə, Ermənistan istisna edilməklə) yüksək səviyyədədir. Dünyanın müsəlman ölkələrindəki vəziyyət gözlərimiz qarşısındadır: hər yanda qan-qada, müharibə, ölüm-itim...

Azərbaycan adlı bir dünyada isə hökm sürən dinclikinkişaf nümunəyə çevrilib. İlk Avropa Oyunlarının iştirakçıları da bu mühitdə özlərini rahat hiss edəcək, xalqımızla yaxından tanışlıq imkanı qazanacaqlar. Beləliklə, biz özümüzü, Azərbaycan xalqı olaraq, yalnız idmanda deyil, bütün sahələrdə təqdim edirik. İdmançılarımızın bir-birinin ardınca qazandığı nailiyyətlər xalqımızı çox sevindirir. Bunun davamlı olacağına isə şübhə yoxdur.

 

Fərhad BƏDƏLBƏYLİ,

Ü.Hacıbəyli adına Bakı Musiqi

Akademiyasının rektoru, xalq artisti,

Dövlət mükafatı laureatı

 

Azərbaycan.- 2015.- 24 iyun.- S. 5.