Y.Ə.Həsənova ədliyyə general-mayoru ali hərbi
rütbəsinin verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru Yaşar Əli oğlu Həsənova ədliyyə general-mayoru ali hərbi rütbəsi verilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2015-ci il
Azərbaycan.-2015.-25 iyun.- S.2.