H.F.Mirələmovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hüseynbala Fazil oğlu Mirələmov “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2015-ci il
Azərbaycan.-2015.-25 iyun.- S.2.