Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarını və Fondun maliyyə fəaliyyəti barədə beynəlxalq auditor təşkilatının rəyini nəzərə alaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası, gəlirlər 12 731 016,7 min manat, xərclər 10 117 207,4 min manatya Fondun 2014-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 109,5 faiz, xərclər üzrə 95,5 faiz  səviyyəsində olmaqla aşağıdakı kimi təsdiq edilsin:

 

Sıra

N-si                     Göstəricilər              min manatla

 

                                  Gəlirlər cəmi:

                               

 

                                12 731 016,7

 

 

 

 

     o cümlədən:

 

1.Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

 

 

 

 

 

 

 

    12 319 846,6

2.Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

 

 

              1 661,1

3.Neftin qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

 

              8 910,2

4.Neft-qaz sazişlərinin imzalanması ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

 

 

 

            13 344,3

5.Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər

 

          387 204,8

6.Digər gəlirlər daxilolmalar

                   49,7

 

Xərclər cəmi:

   

 10 117 207,4

 

      o cümlədən:

 

1.Qaçqınların məcburi köçkünlərin sosial-məişət məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

    

 

          299 998,2

2.Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinə transfert

       9 337 000,0

3.Samur- Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

 

            80 220,9

4.Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

            57 040,3

5.2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının maliyyələşdirilməsi

         

            33 493,7

6.Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

        

 

           223 538,3

 

7.“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi

         

 

 

 

 

            39 999,3

 

8.Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

          

            45 916,7

                                                   

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 24 iyun  2015-ci il

Azərbaycan.-2015.-25 iyun.- S.2.