Heydər Əliyev Fondunun
təşəbbüsü ilə uşaqlar
üçün növbəti
şənlik təşkil
olunub Fondun vitse-prezidenti Leyla Əliyeva şənlikdə
iştirak edib
İyunun
24-də Heydər Əliyev Fondunun təşəbbüsü
ilə uşaq evləri və Daun Sindromlu Uşaqların
Reabilitasiya Mərkəzinin sakinləri üçün
növbəti dəfə şənlik təşkil olunub.
Şənlikdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu
dəfə Heydər Əliyev Fondu uşaqları paytaxtın
dənizkənarı istirahət
məkanlarından birində
bir araya topladı. Şənliyə xüsusi avtobuslarla
gətirilən uşaqları
nağıl qəhrəmanları
qarşıladılar. Nizami rayonundakı 1, Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya
Mərkəzinin sakinləri
Xəzərin sahilindəki
bu məkanda yay mövsümünün
xoş ovqatını,
günəşli günlərin
qayğısız anlarını
yaşadılar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladları ilə birlikdə uşaqların
şənliyinə qoşuldu.
Balacalara xas hədsiz səmimiyyət və sevinclə əylənən
uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar bu isti yay günlərində
Fondun onlar üçün hazırladığı
çimərlik geyimlərində
hovuzda üzdülər,
müxtəlif oyunlarda
iştirak etdilər, ətrafdakılarla sevinclərini
bölüşdülər.
Leyla Əliyeva
uşaqlarla söhbət
etdi, onlar üçün təşkil
olunan bu şənliklə bağlı
fikirləri ilə maraqlandı. Uşaq evlərinin və
Daun Sindromlu Uşaqların Reabilitasiya
Mərkəzinin sakinləri
təəssüratlarını bölüşdülər, burada
yeni dostlar qazandıqlarını söylədilər,
iştirak etdikləri
oyunlar, əyləndikləri
attraksionlar barədə
danışdılar. Bununla
da xeyriyyəçiliyi,
böyüməkdə olan
nəslin hərtərəfli
qayğı ilə əhatə olunmasını,
müxtəlif humanitar
aksiyaları fəaliyyətinin
prioritet istiqamətləri
kimi müəyyənləşdirən
Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin
sakinlərinə növbəti
hədiyyəsini bəxş
etdi, mənalı və unudulmaz bir gün yaşatdı.
Tədbirdə balacalar üçün əsl bayram ab-havası yaradıldı. Uşaqlar müxtəlif
rəqslər, mahnılar
ifa etdilər, məharətlərini göstərdilər.
Heydər Əliyev Fondunun
həyata keçirdiyi
çoxşaxəli fəaliyyətin
bir hissəsi olan bu şənlik
uşaqları sevindirdi.
Uşaqlarla bağlı Fondun himayəsi altında həyata keçirilən
aksiyalar ilk növbədə
məcburi köçkün
ailələrindən olan
uşaqlara kömək,
diabet və talassemiya xəstəliklərindən
əziyyət çəkən
balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin
əsaslı şəkildə
yenidən qurulmasına,
yeni məktəb binalarının tikilməsinə
yönəlib.
Uşaq evlərinin sakinlərinə
və xüsusi qayğıya ehtiyacı olanlara hər zaman həssaslıqla yanaşan Heydər Əliyev Fondu bu dəfə də balacaları hədiyyələrlə sevindirdi.
Azərbaycan.-2015.-25 iyun.- S.5.