“Sportsnewsireland”
portalı irlandiyalı idmançıların Bakı təəssüratlarından
yazır
İrlandiyanın “Sportsnewsireland” portalı bu ölkəni ilk Avropa Oyunlarında təmsil edən idmançıların Bakı haqqında təəssüratlarından yazıb.
AZƏRTAC xəbər verir ki, məqalədə İrlandiyanın üzgüçülük komandasının rəhbəri Peter Banka istinadən irlandiyalı atletlərin I Avropa Oyunlarında iştirak etməkdən çox məmnun olduqları vurğulanır.
“İdmançılarımız I Avropa Oyunlarına çox
ciddi hazırlaşıblar və hədəfimiz
yalnız və yalnız qələbədir. Ən pis halda, ilk
beşlikdə yer almaq
istəyirik. Bu Oyunlarda
qələbə qazanmaq bizim
üçün çox
önəmlidir” - deyə P.Banka bildirib. Xatırladaq ki, İrlandiya üzgüçülük
yarışlarına 12 güclü
idmançı ilə qatılıb.
Azərbaycan.-2015.-25 iyun.- S.7.