Reuters I Avropa Oyunları çərçivəsində keçirilən 3x3 basketbol yarışından yazır

 

Reuters informasiya agentliyi I Avropa Oyunları çərçivəsində keçirilən 3x3 basketbol yarışı barədə məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, bu idman növünün pozitiv imicindən bəhs olunan məqalədə onun Avropa Oyunlarına daxil edilməsi müsbət qiymətləndirilir. Basketbolun bu növü haqqında ətraflı söhbət açılan məqalədə azarkeşlərin basketbol oyunçularını xüsusi coşqu ilə qarşılayaraq qələbəyə ruhlandırmaları vurğulanır.

Yazıda belçikalı atlet Domien Loubrinin fikirlərinə yer verilir. O, Azərbaycandakı idman atmosferinin onlara yaradılan şəraitin çox yaxşı olduğunu bildirib. D.Loubri azarkeşlərin oyunçuları hər addımda dəstəklədiklərini qeyd edib.

 

 

Azərbaycan.-2015.-25 iyun.- S.7.