Azərbaycan Prezidenti İlham Əliyev
Latviyanın keçmiş Prezidenti Vayra
Vike-Freyberqanı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Freyberqanı qəbul edib.
Dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi göstərdiyi fəaliyyəti ilə bağlı Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqanın Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünü dedi və ordeni ona təqdim etdi.
Latviyanın keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqa Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını bildirdi və bundan şərəf hissi keçirdiyini vurğuladı. Vayra Vike-Freyberqa bundan sonra da Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəyini dedi. Latviyanın sabiq Prezidenti ölkəmizdə həyata keçirilən abadlıq və quruculuq işlərinə toxunaraq paytaxtımızda qədim və müasir arxitektura ənənələrinin çox gözəl ahəngdarlıq təşkil etdiyini bildirdi.
Görüşdə Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatlar tərəfindən qeyri-obyektiv mövqenin nümayiş etdirilməsinin yolverilməz olduğu qeyd edildi.
Söhbət zamanı birinci Avropa
Oyunlarının yüksək səviyyədə təşkil
olunduğu vurğulandı, Azərbaycanın
beynəlxalq əməkdaşlığın genişləndirilməsi
işinə verdiyi töhfə yüksək
qiymətləndirildi, ölkəmizdə gedən böyük inkişaf
proseslərinin önəmi qeyd olundu, Azərbaycan-Latviya ikitərəfli
münasibətlərinin inkişafından məmnunluq ifadə
edildi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 26 iyun.- S. 4.