Rusiyalı atlet: İlk Avropa Oyunlarında qitənin ən güclü idmançıları iştirak edirlər
Avropa Oyunlarında gümüş medal qazanan rusiyalı qılıncoynadan Yana Zvereva yarışlardakı çıxışını və turnirin təşkilatçılığını yüksək qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” agentliyinə müsahibə verən Y.Zvereva Bakıda keçirilən Avropa Oyunlarına qitənin ən güclü idmançılarının qatıldığını deyib: “Bu turnirdəki dörddəbir final oyunu ən çətin görüşlərimdən biri oldu. Başa düşürdüm ki, medal uğrunda mübarizə aparıram, qalib gəlsəm, ilk dördlüyə düşəcəyəm. Qarşılaşmanın ilk hissəsində gücüm yerində idi, lakin ikinci hissədə gördüm ki, hər zərbədən və hər saniyədən sonra vəziyyət ağırlaşır. Yalnız əzmkarlıq sayəsində, son gücümü sərf edərək qalib gəlməyi bacardım”.
Birinci Avropa Oyunlarında gümüş medal qazandığı üçün çox xoşbəxt olduğunu deyən Y.Zvereva Avropa Oyunlarına ən güclü idmançıların gəldiyini bildirib.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
http://www.vestikavkaza.ru/news/YAna-Zvereva-Evroigry-%E2%80%93-ochen-silnyy-turnir.html
AZƏRTAC
Azərbaycan.- 2015.- 26 iyun.- S. 7.