The Budapest Times” jurnalı Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini yazır

 

Macarıstanın nüfuzluThe Budapest Times” jurnalında I Avropa Oyunları ilə bağlı geniş məqalə dərc edilib. Məqalədə ilk Avropa Oyunlarında iştirak edən ölkələr, eləcə də idmançılar və yarışlar barədə ətraflı məlumat verilir. Macarıstanın “Bakı-2015”də 200 idmançı ilə təmsil olunduğu diqqətə çatdırılır. Müəllif Lee Reaney Avropa Oyunlarının gələn il Braziliyada keçiriləcək növbəti yay olimpiya oyunlarında iştirak üçün lisenziya verdiyini xatırladır.

Məqalədə I Avropa Oyunları təşkil edilməyənə qədər Avropanın bu səviyyədə beynəlxalq idman yarışları keçirilməyən yeganə qitə olduğu bildirilir. Panamerika, Afrika, Sakit okeanya Asiya Oyunları nümunə kimi qeyd olunur.

Avropa Oyunlarının keçirilməsi ideyasının yaranmasından, Azərbaycanın evsahibliyi etmək üçün öz namizədliyini irəli sürməsindən və hazırlıq prosesindən ətraflı bəhs edən müəllif Bakının gözəlliyini xüsusi vurğulayır. Həmçinin Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövr, Ermənistanla müharibə şəraitində olması və s. məsələlər barədə məlumatlar oxucuların diqqətinə çatdırılır. Ölkənin zəngin neft-qaz ehtiyatlarına malik olması və düzgün aparılan daxilixarici siyasət nəticəsində inkişaf etməsi vurğulanır, Azərbaycanın “Eurovision” müsabiqəsində olduğu kimi, Avropa Oyunlarına da uğurla evsahibliyi etdiyi bildirilir.

Məqalədə “Bakı-2015”in simvollarının geniş təsviri verilir və hər birinin daşıdığı məna oxucuların nəzərinə çatdırılır.

Məqalədə, həmçinin, yarışların keçirildiyi arenalar barədə ətraflı məlumat verilir, atletlər üçün yaradılmış şəraitin təqdirəlayiq olduğu diqqətə çatdırılır. Bakını alovlar içərisindən yüksələn Simurq quşuna bənzədən müəllif Dənizkənarı Milli Park, Dövlət Bayrağı meydanı, Xalça Muzeyis. görməli yerlər barədə də məlumat verir, Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini vurğulayır.

 

Pərvanə QARAYEVA,

AZƏRTAC-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2015.- 26 iyun.- S.7.