“Pakistan in the World” qəzetində I Avropa Oyunları haqqında məqalə dərc olunub

 

“Pakistan in the World” qəzetində Tazeen Aktharın Bakıda keçirilən ilk Avropa Oyunları haqqında geniş məqaləsi dərc edilib.

Məqalədə 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox atletin iştirak etdiyi bu möhtəşəm idman tədbirinin nəinki Avropada, bütün dünyada böyük əks-səda doğurduğu bildirilir.

Müəllif Avropa Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük xidmətlərinin olduğunu vurğulayır. Məhz onların səyləri nəticəsində qısa müddətdə böyük müasir idman komplekslərinin müxtəlif idman meydançalarının yaradıldığı qeyd edilir.

Yazıda Oyunlar üçün tikilən yeni idman arenaları, xüsusilə Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi haqqında da məlumat verilir. Bildirilir ki, nəinki Bakıda, eyni zamanda ölkənin digər regionlarında da yarışların keçirilməsi üçün müasir infrastruktur yaradılıb.

Müəllif Azərbaycanın belə möhtəşəm tədbirlərin təşkili yüksək səviyyədə keçirilməsində böyük təcrübəsinin olduğunu vurğulayır.

 

Qulu KƏNGƏRLİ,

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

 

Azərbaycan.- 2015.- 26 iyun.- S. 7.