İrlandiyalı boksçu Brendan İRVİN: “I Avropa Oyunlarında yaşadığım hisslər möhtəşəmdir”

 

“I Avropa Oyunlarında yaşadığım hisslər möhtəşəmdir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “irishmirror.ie” saytına müsahibəsində I Avropa Oyunlarında iştirak edən irlandiyalı boksçu Brendan İrvin deyib. Boks yarışlarında qalib gələrək medal uğrunda mübarizəsini davam etdirən Brendan I Avropa Oyunlarında iştirak etməyin onda qürur hissi yaratdığını vurğulayıb.

İdmançı yarışların, məşq proseslərinin son dərəcədə mükəmməl təşkil edildiyini bildirib. Ümumiyyətlə, Azərbaycanı çox bəyəndiyini qeyd edən irlandiyalı boksçu milli mətbəximizi xüsusilə sevdiyini deyib.

 

Azərbaycan.- 2015.- 26 iyun.- S. 7.