BAŞ MƏŞƏLDAR

 

Aprelin 26-da Azərbaycanda bir məşəl alovlandı!

Bu məşəl adi məşəl deyildi!

Görünüşü təyinatı da, yandıranı daşıyanları da adi, “peşəkarməşəlçilər sayılmırdılar!

Əslində məşəlin özü , yandırıldığı zaman məkan da qeyri-adiliklərlə dolu idi!

Bu məşəl dünyada Avropa Oyunları adlı idman yarışmasının başlandığını xəbər verən məşəl idi!

bir öz odunu dünyanın ən qədim dinlərindən sayılan zərdüştiliyin müqəddəs məbədgahı olanAtəşgah”dan götürürdü!

Onu ilk dəfə alovlandıran isə bütün dünyanın çox yaxşı tanıdığı müstəqil Azərbaycan dövlətinin Prezidenti, I Avropa Oyunları ideyasını gerçəkliyə çevirən onun baş məşəldarı cənab İlham Əliyev idi!

Adətən məşəllər yananda alov işıq saçır, qaranlığın zülmətin bağrını dələrək ətrafı nura boyayır!

Məşəllər həm yol göstərir, insanlara hansı səmtə üz tutacaqlarına işarə edir!

Baş məşəldarlar isə əllərindəki məşəllə ətraflarına işıq saçanlar, yol göstərənlər istiqamət verənlərdir!

Xoşbəxt o xalqdır ki, onun gur işıqlı yanan məşəli, güclü, müdrik uzaqgörən məşəldarı var!

Bu gün Azərbaycanı, sözün həqiqi mənasında, belə xalqlar cərgəsinə qatmaq olar! Əslində məşəldarla xalq bir yerdə olanda məşəl get-gedə daha gur alovlanır, problemlər həllini tez tapır, bədxahlar düşmənlər paylarını lazımınca alaraq yerlərində oturdulurlar!

***

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin əli iləAtəşgahməbədindən od götürən I Avropa Oyunlarının ilk məşəli aprelin 27-dən - qədim Naxçıvan yurdundan Azərbaycanı səyahətə başladı.

Məşəlin bu səyahəti qeyri-adi səyahətlərdən idi!

Onu hər yerdə insanlar sevgi coşqunluqla, mahnı, musiqi rəqslə qarşılayırdılar.

Məşəl təkcə Azərbaycanın yox, bütün dünyanın diqqətini özünə çəkirdi, həm ölkəmizin uğur nailiyyətlərinə yönəldirdi! Regionların ölkə paytaxtından geri qalmayan abadlığına gözəlliyinə, yeni salınmış prospekt xiyabanlara, ictimai binalara fərdi evlərə, olimpiya idman komplekslərinə işıq saçırdı.

Şübhəsiz, görünənlərin ən gözəli insanların üzlərindəki sevinc fərəh hissi, davranışlarındakı qürur fəxarət idi!

Axı bu, indiyədək görünməyən bir mərasim idi!

Məşəlçilər bir-birini əvəz edərək irəliləyir, yol kənarlarında duranlar əl çalıb alqışlayır, meydandakılar rəqs edib şadlanırdılar...

İlklərin sevinci həmişə böyük olur!

İlk Avropa Oyunları kimi...

Məşəlin regionlara ilk səfəri kimi...

60 rayonu əhatə edərək 5.500 kilometr məsafəni qət edən məşəlin 47 günlük səfəri sevinc uğurla başa çatdı.

***

İyunun 7-də paytaxt Bakının sakinləri bölgələrə səfərdən geri dönən sülh, dostluq əməkdaşlıq məşəlini qarşılamağa çıxmışdılar.

Hamıdan öndə baş məşəldar cənab İlham Əliyev gedirdi!

İdman geyimində, qürur fəxarətlə!

Bu təntənə möhtəşəmliyə ən çox haqqı olan da məhz baş məşəldarımız idi!

Çünki o, həmin haqqı qazanmaq üçün yorulmadan çalışmış, çox görmüşdü, lap çox!..

Əslində dövlət quruculuğunun bütün sahələrinin baş məşəldarı olmuşdu!

Ulu öndər Heydər Əliyev xalqın arzu tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra təkcə Azərbaycanın bir dövlət kimi əbədiyaşarlığını müstəqilliyini qoruyub saxlamadı. Həm bütün sahələrdə - iqtisadiyyat, siyasət, mədəniyyət, mənəviyyat idmanda inkişaf istiqamətlərini müəyyən etdi. Bunun üçün iqtisadi, siyasi, ideoloji baza yaratdı.Əsrin müqaviləsi”nə, “Bakı-Tbilisi-Ceyhan”a həyat vəsiqəsi verdi, azərbaycançılıq ideologiyasını dövlət siyasətinə çevirdi.

Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyev isə bütün sahələr üzrə dövlətin inkişafını, yeniləşməsini müasirləşməsini təmin etdi.

Cənab İlham Əliyev ölkə iqtisadiyyatının baş məşəldarı oldu!

Azərbaycanın iqtisadi inkişaf yoluna məşəl tutan dövlət başçısı nəinki ümumi daxili məhsul istehsalının üçqat artımına, işsizlik yoxsulluğun beş faiz səviyyəsinə endirilməsinə nail oldu.

Azərbaycan həm yeni transmilli layihələrin təşəbbüsçüsü, maliyyələşdirəni gerçəkləşdirəninə çevrildi.

Ölkə iqtisadiyyatının şaxələndirilməsinə, sahibkarlığın inkişafına nail olundu, enerji, nəqliyyat, ərzaq təhlükəsizliyi təmin edildi.

Regionun ən güclü modern dövlətinə çevrilən Azərbaycan təkcə özünə yox, regiona bütün dünyaya böyük fayda gətirən dövlət statusuna yiyələndi!

Siyasətin baş məşəldarı olan cənab İlham Əliyev Azərbaycanın beynəlxalq imicinin formalaşmasına yeni töhfələr verdi.

Ölkəmiz sürətlə dünyaya inteqrasiya etdi, dünya dövlətləri ilə ikitərəfli bərabərhüquqlu əlaqələr yarandı, 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildik. BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik etdiyi müddətdə Azərbaycan bütün dünya üçün böyük əhəmiyyət kəsb edən məsələləri gündəliyə salaraq müzakirəyə çıxardı. Cənab İlham Əliyev BMT-nin tribunasında çıxış edərkən dəfələrlə bu ali qurumda islahatların keçirilməsinin zəruriliyi təklifini irəli sürməklə diqqəti ona yönəltdi. Görülən işlər sayəsində ölkəmizin siyasi çəkisi qat-qat artdı, mövqeyi sözünün kəsəri gücləndi.

Mədəniyyət sahəsinə işıq salan məşəl isə Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə tutuldu. Azərbaycan təkcə Avropa mədəniyyətini mənimsəmədi, eyni zamanda öz mədəniyyəti ilə dünyaya yeni töhfələr verdi. Heydər Əliyev Fondu dünyanın bir sıra ölkələrində dini, tarixi mədəniyyət abidələrində yenidənqurma, təmir bərpa işləri aparmaqla onlara yeni nəfəs verdi, məktəblər tikdi.

Azərbaycan dünyada multikulturalizmin carçısına çevrildi. Novruz bayramı, aşıq sənəti, tar ifaçılığı, digər tarixi abidələr UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salındı. Çoxkonfessiyalı dövlət sayılan Azərbaycanın tolerantlığı dünyaya nümunə göstərilməyə başlandı. Müstəqilliyinin qısa dövrü ərzində Avropanın ən böyük musiqi yarışması sayılan “Eurovision” Musiqi Müsabiqəsində qalib gələn Azərbaycan 2012-ci ildə ona çox böyük uğurla evsahibliyi etdi!

***

Gənclərin ən sevimli lideri baş məşəldarı olan cənab İlham Əliyev idman sahəsində yeni işıqlı yollar açdı, Azərbaycanı dünyaya həm idman dövləti kimi təqdim etdi.

Qısa müddətdə ölkədə qırxdan çox olimpiya idman kompleksi, idman meydançası qurğuları tikildi, idmançılarımız olimpiya oyunlarında, Avropa dünya birinciliklərində, beynəlxalq yarışlarda indiyədək görünməmiş nailiyyətlərə imza atdılar. Azərbaycan bütün ranqdan olan idman yarışlarının keçirildiyi məkana çevrildi. İndi isə I Avropa Oyunlarının ev sahibi oldu. Tarixə düşən bu yarışmada həm Avropa Oyunlarının standartları müəyyən edildi, Avropa bütün dünya əyani şəkildə Azərbaycanla tanış oldu, dövlətimizin uğurları ilə yanaşı, xalqımızın qonaqpərvərliyini gördülər!

Prezident İlham Əliyevin çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycana gətirilən Avropa Oyunları, onun qədimAtəşgah”da yandırılan ilk məşəli düz 17 gün Azərbaycanda alovlandı. 50 ölkədən gəlmiş 6000-dən çox idmançı 18 arenada 20 idman 30 yarış növü üzrə 253 dəst medal uğrunda mübarizə apardı.

Yarışların səviyyəsini göstərən bir neçə fakta nəzər salaq: I Avropa Oyunlarında 59 olimpiya çempionu, bütövlükdə 150 olimpiya oyunları mükafatçısı 200 dünya çempionu iştirak etdi!

***

I Avropa Oyunlarının ən böyük yeniliyini cənab İlham Əliyev özü etdi: “Bakı-2015”in idman formasını geyinərək rayonlara səyahətdən Neft Daşlarına səfərdən geri dönən məşəli özü qəbul edib ölkə paytaxtında gəzintisinin startını verdi!

Bu məşəl yarışların keçirildiyi 18 arenada, qədim Qız qalasında və “Üç alov” qülləsində şölələndi, İçərişəhəri, Heydər Əliyev Mərkəzini ziyarət etdi.

Əslində bu gün I Avropa Oyunları məşəlindən od alaraq yanan hər bir lampanın qoyulduğu bina, arena, tarixi abidə İlham Əliyevin zəhməti və təşəbbüsü ilə yaranan, ikinci həyatını yaşayan obyektlərdir!

Baş məşəldar I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi hüququnun qazanılması, ilk Oyunların ilk məşəlini yandırmaq haqqına sahib durması üçün çox qısa müddətdə başqalarının edə bilməyəcəklərini etmiş, görmədikləri işləri görmüşdür!

Odur ki, baş məşəldarımız zəkası və əməli sayəsində dünya dövlətlərinin böyük əksəriyyətinin hörmətini, Azərbaycan xalqının isə tükənməz məhəbbətini qazanmışdır!

Bu gün Avropa idmanının mərkəzinə çevrilmiş qədim və həm də müasir Bakıda bir məşəl yanır!

Tərəqqiyə, insanlığa, sülhə və rifaha xidmət edən bu məşəl Azərbaycanın baş məşəldarı cənab İlham Əliyevin qüvvətli əlindədir!

Bu məşəl daim yoldadır, hədəfi uzaqlara, yeri yüksəkliklərədir!

Yandıqca alovu daha da gurlaşır, işığı və hərarəti artır!

Müstəqilliyinin qısa dövründə ölkə və dünya miqyasında böyük uğurlara imza atan Azərbaycan məşəli daim öz nuru ilə dostları sevindirir, düşmənlərin isə gözünü qamaşdıraraq kor edir!..

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2015.- 28  iyun.- S. 1.