Azərbaycan Prezidenti İlham Əliyev Lixtenşteyn parlamentinin sədri Albert Friki qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Lixtenşteyn parlamentinin sədri Albert Friki qəbul edib.

I Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə dövlət başçısını təbrik edən Lixtenşteyn parlamentinin sədri Albert Frik bütün iştirakçılara, o cümlədən Lixtenşteyn idmançılarına yaradılan şəraitə görə minnətdarlığını ifadə etdi. Albert Frik ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğuladı. Azərbaycanda Lixtenşteyndə mövcud olan siyasi iqtisadi sabitliyin önəmini qeyd edən qonaq iqtisadi digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu dedi.

I Avropa Oyunlarının əhəmiyyətinə toxunan dövlət başçısı bu Oyunları Avropanın idman tarixində böyük hadisə kimi dəyərləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, beynəlxalq Olimpiya Komitəsinin üzvləri bütün qonaqlar I Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini bu Oyunların Yay Olimpiya Oyunları səviyyəsində olduğunu bildirirlər. Dövlət başçısı Azərbaycanın Lixtenşteyn ilə ikitərəfli münasibətləri genişləndirməkdə maraqlı olduğunu dedi. Ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, sərmayə qoyuluşu, parlamentlərarası əlaqələr digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayan Prezident İlham Əliyev əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi nəzərdən keçirilməsinin önəmini qeyd etdi.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 28 iyun.- S. 2.