Azərbaycan Prezidenti İlham Əliyev
Sosialist İnternasionalının baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib.
Sosialist İnternasionalının baş katibi Luis Ayala ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu və yarışların dünyada maraqla izlənildiyini vurğuladı. O, Azərbaycan idmançılarının çoxlu medal qazanmalarının önəmini qeyd etdi.
Dövlətimizin başçısı bu mötəbər idman yarışında Avropanın 50 Olimpiya komitəsinin, 6 minə yaxın idmançının və xeyli sayda qonaqların iştirakının əhəmiyyətini vurğuladı.
Görüşdə birinci Avropa
Oyunlarının xalqlar arasında əlaqələrin
genişləndirilməsi işinə verdiyi
töhfənin əhəmiyyəti qeyd olundu, Azərbaycan-Sosialist İnternasionalı əməkdaşlığının
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.- 2015.- 28 iyun.- S. 2.