Azərbaycan Prezidenti İlham Əliyev
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri İsmail Serageldini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
İsgəndəriyyə Kitabxanasının direktoru İsmail
Serageldini qəbul edib.
Dövlətimizin
başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri kimi göstərdiyi fəaliyyəti ilə
bağlı İsgəndəriyyə Kitabxanasının
direktoru İsmail Serageldinin Azərbaycanın yüksək
dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq
görüldüyünü dedi və ordeni ona təqdim etdi.
İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını ifadə etdi və bundan böyük şərəf hissi duyduğunu dedi. Nizami Gəncəvini Azərbaycanın bəşəriyyətə töhfəsi kimi dəyərləndirən qonaq İsgəndəriyyə Kitabxanasının Nizami Gəncəvi ilə bağlı ərəb dilində mükəmməl bir kitab hazırladığını dedi və kitabın ilk nüsxəsini Prezident İlham Əliyevə təqdim etdi. İsmail Serageldin bildirdi ki, Mərkəzin məqsədi təkcə böyük siyasətçilərin görüşlərini təşkil etməkdən ibarət deyil. Əsas məqsəd həm də istənilən şəxsin dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi haqqında biliklər əldə etməsinə imkan yaratmaqdan ibarətdir.
Dövlətimizin başçısı İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi İsmail Serageldinin fəaliyyətini yüksək qiymətləndirdi, Mərkəzin artıq böyük beynəlxalq instituta çevrilməsinin önəmini qeyd etdi.
Görüşdə Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti
ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.- 2015.- 28 iyun.- S. 2.