Təhsil
Nazirliyində Macarıstanın insan
resursları naziri ilə görüş
olub
Təhsil
naziri Mikayıl Cabbarov Macarıstanın insan resursları
naziri Zoltan Balog ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Cabbarov Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin əhəmiyyətindən danışıb. O, Macarıstanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edib.
Ötən il noyabrın 11-də Azərbaycanın Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə imzalanmış İş Proqramına əsasən azərbaycanlı tələbələrə Macarıstanda ali təhsil almaları məqsədi ilə hər il müxtəlif sahələr üzrə bu ölkə tərəfindən təqaüdün ayrıldığı, həmin təşəbbüsün gələcəkdə ikitərəfli əməkdaşlığın inkişafına müsbət töhfə verəcəyi xüsusi vurğulanıb. Təqaüdlər təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edəcək və ölkəmiz üçün prioritet olan informasiya texnologiyaları, tibb, kənd təsərrüfatı, təbiət elmləri, mühəndislik, turizm və iqtisadiyyat ixtisasları istiqamətlərində mütəxəssislərin hazırlanmasını təmin edəcəkdir.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında ali təhsil, mübadilə proqramları, universitetlərarası əməkdaşlıq, akademik mobillik sahəsində mümkün əməkdaşlıq imkanları və s. barədə fikir mübadiləsi aparılıb.
Z.Balog “Bakı-2015” birinci Avropa
Oyunlarını izləmək və bir
sıra idman növləri üzrə
çıxış edən macarıstanlı
idmançılara dəstək olmaq üçün ölkəmizə səfərə
gəldiyini bildirib.
Azərbaycan.- 2015.- 28 iyun.- S. 6.