Reutersbirinci Avropa Oyunlarını işıqlandırmaqda davam edir

 

Reutersinformasiya agentliyi “Bakı-2015” birinci Avropa Oyunlarını işıqlandırmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, agentliyin saytında yayılan məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova istinadən “açılış mərasiminin uğuru Azərbaycanın Avropadünya xəritəsindəki mövqeyini daha da möhkəmləndirib”, - deyə bildirilir.

İlk Avropa Oyunları idman tarixinə düşəcək. Mən Azərbaycanın qazandığı uğurlardanonun müsbət nəticələrindən qürur duyuram. Bu tədbir Azərbaycan üçün böyük uğur oldu və ölkəmizi gələcəkdə keçiriləcək idman tədbirləri üçün meydana çevirdi,” - deyə yazıda A.Rəhimova istinadən qeyd olunur.

Müəllif Azərbaycanın gələn il “Formula-1” yarışlarına, 42-ci Şahmat Olimpiadası və 17 yaşadək futbolçuların Avropa çempionatına, həmçinin “Avro-2020”-nin bəzi yarışlarına ev sahibliyi edəcəyini bildirir.

Məqalədə birinci Avropa Oyunlarının medal cədvəli barədə də məlumat verilir və Rusiyanın birinci, Azərbaycanın ikinci sırada olduğu diqqətə çatdırılır.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin sözlərindən sitat gətirilərək Azərbaycan yığmasının uğurunun ölkə ictimaiyyətində böyük sevinclə qarşılandığı bildirilir.

 

Azərbaycan.- 2015.- 28 iyun.- S. 13.