“Bakı-2015” ilk Avropa Oyunları qeyri-olimpiya növlərinin inkişafına böyük təkandır

 

“Bakı-2015” ilk Avropa Oyunları yarışların proqramına daxil edilən qeyri-olimpiya idman növlərinin gələcək inkişafına, daha da populyarlaşmasına və Olimpiya Hərəkatının tərkib hissəsinə çevrilməsinə böyük töhfə olacaq.

AZƏRTAC xəbər verir ki, Rusiyanın nüfuzlursport.ruidman portalı Bakının ev sahibliyi ilə keçirilən ilk Avropa Oyunlarının 3x3 basketbol idman növünün həm Rusiya, həm də dünyada daha da inkişafına müsbət təsiri barədə yazır. Qeyd olunur ki, kişi və qadınlardan ibarət Rusiya yığmaları 3x3 basketbol üzrə ilk Avropa Oyunlarının qalibi olub.

Yazıda komandanın üzvü İlya Aleksandrov Oyunların qalibi kimi təəssüratlarını bölüşür.

Rusiya komandalarının ilk Avropa Oyunlarının basketbol yarışlarında qızıl medal qazanmağı çox yaxşı hadisədir. Bu qələbə Rusiyada 3x3 basketbol idman növünün inkişafına böyük təkandır. Dünyada 3x3 basketbolun mövqeyinə gəldikdə, inanıram ki, bu idman növü Olimpiya idman növü olacaq. Bakıda 3x3 basketbolun necə maraqlı, sürətli, dinamik olduğuna bir daha şahidlik etdiniz,” – deyə rusiyalı atlet bildirib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 28 iyun.- S. 13.