Belarus mətbuatı: “Təşəkkürlər Bakı!”

 

Belarusun nüfuzlu mətbu orqanları “Bakı-2015” birinci Avropa Oyunlarının müvəffəqiyyətlə keçirildiyini yazır.

AZƏRTAC xəbər verir ki, “Belarus seqodnyainternet portalında yayılan “Təşəkkürlər Bakı!” sərlövhəli məqalədə deyilir: “Son iki həftə ərzində ilk Avropa Oyunlarının azarkeşləri Bakıdan gələn xoş xəbərləri gözləyirdi. Amma necə deyərlər, yaxşı hadisə tez bitir. Artıq bir gün sonra ilk Avropa Oyunları sona çatır. Artıq tam əminliklə demək olar ki, Avropa Oyunları baş tutdu,” - deyə yazıda qeyd olunur.

Portalda “Bakı-2015” yarışlarından maraqlı fotolar da yer alıb.

 

Azərbaycan.- 2015.- 28 iyun.- S. 14.