Azarkeşlər Evi çox gözəl ideyadır

 

Belarus Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndə heyəti Azarkeşlər Evinə gedib və onun interaktiv ekspozisiyası ilə tanış olub.

Nümayəndə heyəti Bakıda Azarkeşlər Evinin yaradılması ideyasını, eləcə də onun işinin keyfiyyətini yüksək qiymətləndirib. “Azarkeşlər Evi Avropa Oyunlarında Rusiya Olimpiya Komitəsi tərəfindən reallaşdırılmış çox gözəl ideyadır. Biz Azarkeşlər Evinin dəvətindən çox məmnunuq və demək olar ki, bura səfirliyin tam heyəti, uşaqlarla bir yerdə gəldik. Burada çox maraqlı, informativ və yüksək texnologiyalı ekspozisiya quraşdırılıb. Hər şey müasir üslubda, əvvəlcədən düşünülərək peşəkarlıqla və yüksək zövqlə hazırlanıb”, - deyə Belarus səfirliyinin müşaviri Dmitri Qorbaçov deyib.

Qonaqlar SSRİ komandası tərkibində sovet idmançılarının qələbələrinə həsr edilən eksponatlara xüsusi diqqət yetiriblər və Bakıda Azarkeşlər Evinin yaradılması layihəsinin müxtəlif ölkələrin xalqları, keçmiş Sovet İttifaqı ərazisində olmuş ölkələrin sakinləri arasında dostluq münasibətlərin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşdığını vurğulayıblar. Onlar ekspozisiyanı gəzdikdən sonra Azarkeşlər Evinə birinci Avropa Oyunlarında çıxış edən Belarus komandasının oyununa dəvətnamə göndərəcəklərini söz veriblər.

Azarkeşlər Evinə gələnlər Rusiya və Azərbaycanın birgə idman tarixi haqqında çoxlu maraqlı məlumatlar əldə edə, yay idman növləri və Avropa Oyunlarında iştirak edən idmançılarla tanış ola bilərlər. Burada tarixi eksponatlar, habelə müasir idman ləvazimatı və avadanlığı yer alır. Bunlara nəinki toxunmaq, həmçinin onları geyinərək şəkil də çəkdirmək olar.

Bura gələnlər azarkeşin məlumat kitabçasını, suvenirlər və əlbəttə ki, bayraq əldə edə bilərlər.

Azarkeşlər Evi iyunun 12-dən 28-dək saat 10:00-dan 21:00-dək açıq olacaq. Ünvan: Xocalı prospekti, ev 20 (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin binası). Giriş sərbəstdir.

Əlavə məlumat, habelə Azarkeşlər Evinin tədbirlərinə akkreditasiya üçün Anna Kojuşner (+994 516 112 932) və ya Anastasiya Qriqoryevaya (+994 516 112 953) zəng etmək olar, habelə pressdombaku@gmail.com elektron poçtuna müraciət etmək olar. Azarkeşlər evininFacebooksosial şəbəkəsində səhifəsi: fb.com/Fanshousebaku

 

Azərbaycan.- 2015.- 28 iyun.- S. 14.