İlk Avropa Oyunları tarixin bir hissəsidir

 

 “Bakı-2015” ilk Avropa Oyunlarında britaniyalı atletlərin çıxışı bu ölkənin mediası tərəfindən geniş işıqlandırılır.

AZƏRTAC xəbər verir ki, qadınların boks yarışlarında qızıl medal qazanan Olimpiya çempionu Nikola Adams təəssüratlarını bölüşüb. “Skysports.com” portalına müsahibəsində zədə səbəbindən aylarla rinqlərdən kənar qalan 32 yaşlı boksçu ilk Avropa Oyunlarının qalibi olmaqla möhtəşəm qayıdış etdiyini deyib.

Çox gözəl hisslər keçirirəm, Böyük Britaniyaya tarixin bir hissəsini apardığıma inana bilmirəm. Bütün zamanlarda tarix yazmağı bacarmaq inanılmaz duyğudur. Birinci Avropa Oyunlarına çox ciddi hazırlaşmışdım. Gərgin məşqlər keçirdim. Nəyə qadir olduğumu hər kəsə göstərmək istəyirdim,” – deyə o, bildirib.

Nikola Adams növbəti hədəfinin “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq orada uğurla çıxış etmək olduğunu deyib.

 

Azərbaycan.- 2015.- 28 iyun.- S. 14.