Daxili İşlər Nazirliyinin
Daxili Qoşunları birinci
Avropa Oyunları ilə əlaqədar olaraq qarşıya qoyulmuş
tapşırıqların icrasına yüksək səviyyədə
hazırlaşıb
Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunları dünyanın diqqət mərkəzindədir. Oyunlar zamanı diqqət çəkən əsas məqamlardan biri də ictimai təhlükəsizliyin təmin edilməsinin yüksək səviyyədə təşkilidir. Ölkəmizdə asayişin, təhlükəsizliyin qorunması kimi mühüm vəzifəyə digər güc strukturları ilə yanaşı, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları da cəlb edilib.
Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, obyektlərin mühafizəsinə cəlb edilmiş şəxsi heyətlə davamlı olaraq görüşlər keçirilir, xidmətin daha da yüksəldilməsi məqsədilə lazımi tədbirlər yerindəcə həll edilir. Qoşunların şəxsi heyəti birinci Avropa Oyunları ilə bağlı yarış və qeyri-yarış obyektlərinin mühafizəsi istiqamətində qarşıya qoyulmuş tapşırıqların öhdəsindən böyük məharətlə gəlir.
Həvalə olunmuş obyektlərin mühafizəsi məqsədilə perimetr boyu xidmət aparan şəxsi heyətdən başqa, müvafiq obyektləri qəbul edərək yoxlama-axtarış tədbirlərini həyata keçirən mühəndis-istehkamçılar, eyni zamanda, styuard xidmətinin aparılmasına cəlb olunan hərbi qulluqçular da vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminə ciddi riayət edilir. Qadın hərbi qulluqçularının da xidməti tələb olunan səviyyədədir.
Ötən müddət ərzində yarışların keçirildiyi obyektlərdə xidmət aparan hərbi qulluqçular baş verə biləcək bir sıra xoşagəlməz halların qarşısını alıblar. Belə ki, postda xidmət aparan hərbi qulluqçular və polis əməkdaşları tərəfindən icazəsiz əraziyə daxil olmağa cəhd edən şəxslər saxlanılıb, onların üzərinə baxış keçirilərkən içəri keçirilməsi qadağan edilən əşyalar aşkar edilib. Qanun pozuntuları yerindəcə aktlaşdırılaraq müvafiq olaraq ərazidə xidmət aparan polis əməkdaşlarına təhvil verilib.
Bütün bunlar onu deməyə əsas verir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən birinci Avropa Oyunları ilə əlaqədar olaraq qarşıya qoyulmuş tapşırıqların icrasına yüksək səviyyədə hazırlaşıb.
Artıq Mingəçevir şəhərində
idman tədbirlərinin yekunlaşması
ilə əlaqədar Daxili
Qoşunların hərbi qulluqçuları tərəfindən
müvafiq obyektlərin mühafizəsi başa çatdırılıb. Mingəçevir
şəhərində də təhlükəsizlik tədbirləri
yüksək səviyyədə həyata keçirilib.
Azərbaycan.-
2015.- 28 iyun.- S. 15.