Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası ilə əlaqədar Milli Məclisin deputatının İtaliya mətbuatında “açıq məktubu” yayılıb

 

İtaliyanın “Notizie Geopolitiche” və “L'Opinione” xəbər portallarında Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupu adından qrupun rəhbəri Azər Kərimlinin “açıq məktubu” yayılıb. A.Kərimli son zamanlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərək yazır ki, Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın strateji tərəfdaşı olduğubu ölkə ilə yüksək səviyyəli iqtisadi, mədəni və diplomatik əlaqələrinin mövcudluğu hamıya bəllidir. Azərbaycanın ilk Avropa Oyunları kimi mötəbər bir tədbirə evsahibliyi etməsi əslində bütün avropalılar tərəfindən dəstəklənməli bir məqamdır. Təəssüf ki, başladılmış bu ədalətsiz kampaniya Azərbaycanın Avropaya bəxş etdiyi töhfələri cılızlaşdırır. Heç bir əsası olmayan bu ittihamlar və ardı-arası kəsilməyən qərəzli tənqidlər ölkəmizin imicini korlamağaAvropa Oyunlarının əhəmiyyətini azaltmağa yönəlib. Tənqid olunan məqamlardan biri də Azərbaycanın bu mötəbər tədbirin təşkili üçün xərclədiyi vəsaitdir. Lakin bunu gündəmə gətirənlər unudurlar ki, bu kimi tədbirlərə evsahibliyi edən digər ölkələr də eyni miqdarda, hətta daha çox vəsait xərcləyirlər. Hər bir dövlət bu cür tədbirləri həm də öz ölkəsinin təbliği üçün istifadə edirbu, təbii haldır. Burada hər hansı bir siyasi element yoxdur. Bu, sadəcə ölkə iqtisadiyyatının və turizminin inkişafına bir yatırımdır.

A.Kərimli diqqətə çatdırıb ki, “Amnesty International” təşkilatı guya Azərbaycanda siyasi məhbusların mövcudluğuna dair hesabatlar hazırlayır. Lakin bu hesabatların heç bir hüquqi əsası və dəlili yoxdur. Azərbaycana müvafiq qurumun, eyni zamanda, Böyük Britaniyanın “The Guardian” qəzetinin bəzi jurnalistlərinin buraxılmaması ilə bağlı məlumat da təhrif olunub. Belə ki, həmin jurnalistlərə münasibətdə də standart viza proseduru tətbiq olunub.

Milli Məclisin deputatı qeyd edib ki, bütün tənqidlərə baxmayaraq, bir həqiqət var ki, Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə evsahibliyi etməkdədir və gələcəkdə də dünyaya inteqrasiyasını genişləndirmək üçün bu cür önəmli beynəlxalq tədbirləri keçirməyə davam edəcək. Azərbaycan müstəqil xarici siyasət yürüdür, siyasiiqtisadi institutlarımız  fəaliyyətlərini təkmilləşdirir. Azərbaycanın uğurları bəzi məlum qüvvələri narahat edir və yəqin ki, İtaliyanın da bir sıra media qurumları bu ölkədəki erməni lobbisinin təsiri altında qalıb.

 

Azərbaycan.- 2015.- 28 iyun.- S. 10.