İtaliyanın “Opinione pubblica” xəbər saytı Azərbaycan haqqında qərəzli yazılara cavab məqaləsi yayıb

 

Son zamanlar bir sıra xarici media qurumları tərəfindən Azərbaycanla bağlı həqiqətə uyğun olmayan müxtəlif məlumatların yayılmasına cavab olaraq İtaliyanın “Opinione pubblica” xəbər saytında məqalə yerləşdirilib.

Məqalədə Azərbaycana qarşı çirkin qarayaxma kampaniyasının əsiri olan, məlumatları dəqiqləşdirmədən, həqiqətləri təhlil etmədən xəbər hazırlayan informasiya strukturlarının fəaliyyəti tənqid olunur. Diqqətə çatdırılır ki, Azərbaycan milli sərvəti olan enerji ehtiyatlarından xalqın rifahı, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirmək naminə ədalətli və məqsədyönlü şəkildə istifadə edir. Bu amil isə Azərbaycanı sevməyən bəzi qruplaşmaları qıcıqlandırır.

Müəllif Azərbaycanın önəmli idman tədbirlərinə ev sahibliyi etməsindən danışaraq vurğulayır ki, bu ölkə hazırda ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirməkdədir. Nəzərə alsaq ki, bu ölkə gələn il Formula-1 (F1) üzrə AvropaQran-pri” yarışlarına ev sahibliyi edəcək, gələcək Olimpiya Oyunlarını təşkil etməyə namizəddir, bu zaman Azərbaycanın həddən artıq diqqət mərkəzində olması təəccüb doğurmur. Belə ki, Azərbaycandakı müsbət ab-havanı görməyən, bu ölkəni dərindən anlamayan müxtəlif QHT-lər, o cümlədən “Amnesty Internationalkimi təşkilatlar və Qərb yönümlü media strukturları məhz Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı ədalətsiz kampaniya başladıblar. Ümumiyyətlə, Qərb hər zaman “azadlıq və sivilizasiya anlayışlarının təkcə onların ərazisində mövcud olduğunu” zənn edibbu fikri avropalılara təlqin etməyə çalışıb. Lakin həqiqət budur ki, Avropa ərazisindən kənarda da hörmətə layiq olan sivilizasiyalar mövcuddur.

 

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

Azərbaycan.- 2015.- 28 iyun.- S. 10.