Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 48                                                  Bakı şəhəri, 24 fevral 2015-ci il

 

 

 Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1091-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 897 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 9, maddə 918; 2009, ¹ 1, maddələr 32, 34, ¹ 6, maddə 491; 2010, ¹ 12, maddə 1122; 2013, ¹ 5, maddə 583) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmişYeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası” üzrə:

1.1. 2.9-cu bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasına idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı həmin məhsulun yararlılıq müddətinin sonunadək verilir.”;

 1.2. aşağıdakı məzmunda 2.18-1-ci bənd əlavə edilsin:

“2.18-1. Sertifikatın alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.”.

2. Həmin qərarla təsdiq edilmişYeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”na aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. Sertifikatın alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.”.

3. Həmin qərarla təsdiq edilmişYeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi Qaydası”na aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Şəhadətnamənin alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 1 mart.- S.2.